525.Az

Lvov vilayətinin qubernatoru: "Azərbaycanla əməkdaşlığa hazırıq"


 

Lvov vilayətinin qubernatoru: "Azərbaycanla əməkdaşlığa hazırıq"<b style="color:red"></b>

Lvov vilayəti Qərbi Ukraynanın incisidir. Sənaye, kənd təsərrüfatı, tibb və turizm sahələrində Azərbaycanla əməkdaşlıq etməyə hazırıq.

AZƏRTAC xəbər verir ki, bu fikri Lvov Vilayət Dövlət Administrasiyasının rəhbəri Maksim Kozitski Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə görüşündə söyləyib.

Azərbaycan şirkətlərini Lvov bazarlarına fəal investisiya qoymağa dəvət edən M.Kozitski bildirib ki, qarşılıqlı layihələrin reallaşması üçün səylər birləşdirilməlidir.

Öz növbəsində, səfir Azərbaycanın Ukrayna ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. A.Xudiyev bildirib ki, ali təhsil sahəsində ortaq layihələrin inkişaf etdirilməsi vacibdir.
Səfir M.Kozitskini Azərbaycana səfər etməyə və iqtisadiyyatın xüsusiyyətləri və özəllikləri, gələcək əməkdaşlığın mümkün faydaları ilə şəxsən tanış olmağa dəvət edib.

Görüşdə tərəflər turizm, tibb, iqtisadiyyat sahələrində əməkdaşlığa maraq göstərdiklərini vurğulayıblar.

 





12.02.2020    çap et  çap et