525.Az

Ağstafa RPŞ-nın Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin edilib


 

Ağstafa RPŞ-nın Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin edilib<b style="color:red"></b>

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edilib.

APA–nın yerli bürosunun məlumatına görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, bu vəzifəyə Rufan Həsənov təyin olunub.

Qeyd edək ki, buna qədər R. Həsənov Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi olub.

 





12.02.2020    çap et  çap et