525.Az

Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək


 

Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək<b style="color:red"></b>

Moskvada, Dövlət Kreml Sarayında Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Rusiyanın dünyaşöhrətli müğənni və bəstəkarı, SSRİ-nin Xalq artisti Müslüm Maqomayevə həsr olunan konsert martın 14-də Dövlət Kreml Sarayında təşkil ediləcək.
Moskvanın “Russkaya filarmoniya” simfonik orkestri və “XXI əsrin tenorları” art-layihəsi əfsanəvi müğənni və bəstəkara həsr olunan xüsusi proqram hazırlayıblar. Həmin axşam Müslüm Maqomayevin repertuarından mahnılar səslənəcək.

 





12.02.2020    çap et  çap et