525.Az

Azərbaycanda nikbin əhval-ruhiyyə hökm sürür


 

Azərbaycanda nikbin əhval-ruhiyyə hökm sürür<b style="color:red"></b>

Ötən bazar günü Azərbaycanda ölkənin qanunvericilik orqanına keçirilən növbədənkənar seçkilər Belçika KİV-lərində geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının böyük oxucu auditoriyası olan "Euractive" nəşri Bakıda səfərdə olmuş jurnalist Georgi Qotevin “Azərbaycanlılar parlamentdə gənc namizədlərə ümid bəsləyirlər” sərlövhəli məqaləsini dərc edib (bax: https://www.euractiv.com/section/azerbaijan/news/in-snap-parliamentary-elections-azeris-put-hopes-in-young-candidates/ ).

Məqalədə deyilir ki, seçkilərdə Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanıb. Parlamentə Qərb universitetlərində təhsil almış, xarici dilləri bilən çoxlu namizəd seçilib. Onlar Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan islahatların hərəkətverici qüvvəsinə çevriləcəklər. Qotev yazır: “Bu gün kimlərinsə barəsində “gənc və savadlı” deyilirsə, onda Qərbin nüfuzlu universitetlərində təhsil almış, həyata mütərəqqi baxışları olan insanlar başa düşülür”.
Məqalədə deputatlığa rekord sayda namizəd olduğu qeyd edilir. Müəllifin fikrincə, bu, cəmiyyətin seçkilərə etimad göstərdiyini göstərir. Müəllif vurğulayır ki, Azərbaycan inamla demokratiya yolu ilə addımlayır, hərçənd demokratiyanın özü hətta Qərb ölkələrində idealdan uzaqdır.

Müəllif sonda yazır: “Bütövlükdə ölkədə - restoranlarda və barlarda, getdiyim hər yerdə nikbin əhval-ruhiyyə hökm sürürdü”.

 





12.02.2020    çap et  çap et