525.Az

Nazir müavini: "Təhsil sisteminin müasir iqtisadiyyatın tələbələrinə uyğunlaşdırılması mühüm vəzifələrdəndir"


 

Nazir müavini: "Təhsil sisteminin müasir iqtisadiyyatın tələbələrinə uyğunlaşdırılması mühüm vəzifələrdəndir"<b style="color:red"></b>

"İqtisadi inkişafın dinamikası fonunda təhsil sisteminin müasir iqtisadiyyatın tələbələrinə uyğunlaşdırılması qarşıda duran mühüm vəzifələrdəndir".

APA-nın məlumatına görə, bunu "Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Təhsil nazirinin müavini İdris İsayev bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabrda imzaladığı sərəncamda "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nın təhsilin məzmununun sosial-iqtisadi inkişafın tələbləri və prioritetləri ilə sıx əlaqələndirilməsi tələb olunur. Qloballaşma fonunda istər təhsil sistemlərinin, istərsə də milli iqtisadiyyatın qlobal dəyər zəncirinin tərkib hissəsinə çevrilməsi bu əlaqəliliyin aktuallığını daha da artırır: "Müasir texnoloji inkişafın fonunda iqtisadi tələblərin formalaşdırdığı yeni çərçivələrin müəyyən olunması günümüzün mühüm reallığı, öyrənmə prosesinin bu tələblər üzərində qurulması isə təhsil sistemimizin bütün pillələri üzrə cavabdehliyin əsasını təşkil edir. "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasın"da nəzərdə tutulan hədəflərə nail olmaq, o cümlədən müasir texnologiyaların tətbiqi nəticəsində əmək bazarında yaranan tələbə cavab məqsədilə Təhsil naziri tərəfindən təhsilin müxtəlif pillələrini əhatə edən bir sıra pilot layihələr həyata keçirilir. Ölkənin 6 bölgəsində 123 məktəbi əhatə edən “Rəqəmsal bacarıqlar” layihəsinə təxminən 70 mindən artıq şagird cəlb edilib.

Bu layihənin məqsədi məhz məktəb yaşlı şagirdlərdə yaradıcılıq təfəkkürü inkişaf etdirmək, İKT-nin müxtəlif sahələrə tətbiqini öyrənmək, o cümlədən qrafik dizayn, rəsm, kodlaşdırma, musiqi və bu kimi yaradıcı sahələri informatika ilə əlaqəli şəkildə tədris etməkdən ibarətdir".

Nazir müavini deyib ki, builki tədris ilindən başlayaraq 6500 şagirdi əhatə etməklə Bakının 42 məktəbində STEAM məşğələlərinə start verilib: "Növbəti tədris ilində təxminən 20 min şagirdin bu layihələrə cəlb edilməsi nəzərdə tutulur. X-XI sinif şagirdlərinin informasiya texnologiyalarına yönəltmək, bu istiqamətdə kadr hazırlığını təmin etmək məqsədilə pilot qaydada informatika təmayüllü siniflər təşkil edilib, 1000-ə yaxın şagird bu siniflərdə həmin tədrislə məşğul olur".

 





13.02.2020    çap et  çap et