525.Az

BSU-nun professoru Beynəlxalq Yazıçılar və Publisistlər İttifaqının üzvü seçilib


 

BSU-nun professoru Beynəlxalq Yazıçılar və Publisistlər İttifaqının üzvü seçilib<b style="color:red"></b>

Minskdə Belarus İnformasiya Nazirliyinin, Belarus Yazıçılar İttifaqının, tanınmış nəşriyyatların, Rusiya və Belarus İttifaqı Dövlət Daimi Komitəsinin, MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun birgə təşkilatçılığı ilə “Yazıçı və zaman: ədəbiyyat mədəniyyətlər dialoqunun tərkib hissəsi kimi” mövzusunda beynəlxalq simpozium keçirilib.

Bakı Slavyan Universitetindən AZƏRTAC-a bildirilib ki, 27-ci Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində keçirilən simpoziumda Azərbaycanı Mədəniyyət Nazirliyi, “Azərnəşr”, “Şərq-Qərb” nəşriyyatları və Respublika Gözdən Əlillər Kitabxanası təmsil edib.

Simpoziuma dəvət alanlar sırasında Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının professoru, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının baş redaktoru Flora Naciyeva da olub. Azərbaycanlı alim simpozium çərçivəsində “Yazıçı, kitab, zaman” adlı dəyirmi masada çıxış edib.

F.Naciyeva simpoziumda Beynəlxalq Yazıçılar və Publisistlər İttifaqının üzvü seçilib.

 





13.02.2020    çap et  çap et