525.Az

Quterreşə üzərində BMT emblemi olan lövhə təqdim edilib


 

Quterreşə üzərində BMT emblemi olan lövhə təqdim edilib<b style="color:red"></b>

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında təşkilatın Baş katibi Antonio Quterreşə unikal hədiyyə təqdim edilib.

AZƏRTAC rəsmi SPA informasiya agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının təşkilatdakı daimi nümayəndəsi Abdullah bin Yəhya Əl-Müəllimi məşhur ərəb xəttatı Vəfi Əl-Bəxitin işlədiyi və üzərində BMT emblemi olan lövhəni Antonio Quterreşə təqdim edib. Lövhənin üzərində BMT-nin loqosu, təşkilatın Nizamnaməsinin ərəb dilində yazılmış preambulası əks olunub. Ərəb kalliqrafiyası ilə işlənmiş bu sənət əsəri Baş katibdə böyük təəssürat yaradıb və o, bu hədiyyəni qiymətli Şərq incisi adlandırıb.

Görüşdə BMT-nin Yaxın Şərqdə sülhün və sabitliyin bərqərar olması ilə bağlı mövqeyi də ifadə edilib.

Vəfi Əl-Bəxitin bu nadir sənət əsəri ötən ilin dekabrında BMT-nin himayəsi ilə keçirilən Beynəlxalq Ərəb Dili Günündə təqdim edilmişdi. Unikal lövhə bundan sonra təşkilatın girişində asılacaq.

 





13.02.2020    çap et  çap et