525.Az

Almaniyalı diplomat: Azərbaycan torpaqlarının işğal olunması qəbuledilməzdir


 

Almaniyalı diplomat: Azərbaycan torpaqlarının işğal olunması qəbuledilməzdir<b style="color:red"></b>

Azərbaycan torpaqlarının işğal olunması qəbuledilməzdir. Bu ölkənin ərazi bütövlüyü təmin olunmalıdır.

Fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmiş almaniyalı diplomat Volf-Ruthart Born AZƏRTAC-a açıqlamasında BMT-nin işğal faktını təsdiq edən və həmin ərazilərin geri qaytarılmasını tələb edən qətnamələrinin qeyd-şərtsiz icrasının vacibliyini bildirib. Almaniyalı diplomat münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqların davam etdirilməsini arzuladığını söyləyib.

Volf-Ruthart Born Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar öz yurdlarından didərgin düşmüş insanların səs verdikləri məntəqələrdə də müşahidə apardığını, onlarla söhbət etmək imkanı əldə etdiyini vurğulayıb.

 





13.02.2020    çap et  çap et