525.Az

İctimai Televiziyanın rəhbərliyində kadr dəyişikliyi


 

İctimai Televiziyanın rəhbərliyində kadr dəyişikliyi<b style="color:red"></b> İctimai Televiziya və Radio Yayımları Şirkətində daha bir kadr dəyişikliyi olub. Lent.az-ın məlumatına görə, televiziyanın proqram direktoru  Fuad Vəlixanov vəzifəsindən azad olunub. Onun yerinə isə İctimai Radionun proqram direktoru Abbas Rüstəmov təyin edilib. Hazırda isə radioda proqram direktoru vəzifəsinə təyinat olmayıb.
 
Qeyd edək ki, Əməkdar İncəsənət Xadimi  F. Vəlixanov AzTV və Lider TV-də departament rəhbəri olub.  ANS teleradio şirkətində baş direktorun televiziya üzrə müavini işləyib. Cəmil Quliyev İTV-yə baş direktor seçildikdən sonra, F. Vəlixanov adıçəkilən kanala proqram direktoru təyin olunmuşdu.
 





21.11.2013    çap et  çap et