525.Az

Görkəmli musiqiçi Gülarə Əliyeva 80 illiyində anılıb


 

Görkəmli musiqiçi Gülarə Əliyeva 80 illiyində anılıb<b style="color:red"></b>

M. Maqomayev adına Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi Gülarə Əliyevanın 80 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib. Mərasimdən əvvəl mədəniyyət turizm naziri Əbülfəz Qarayev jurnalistlərə müsahibə verib:

"
Gülarə Əliyevanın xatirəsinə həsr olunan kitab çapa hazırlanır. Gülarə Əliyeva böyük sənətkar idi onun xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaqdır. O, zəngin bir musiqi irsi qoyub getmişdir həmin irs bu gün yaşamaqdadır. "Dan ulduzu" ansamblı Azərbaycan musiqi mədəniyyətinin böyük səhifəsidir. Nazirlik Gülarə Əliyeva haqqında kitab nəşr edəcəkdir".

Mərasimdə çıxış edən AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov Gülarə Əliyevanın musiqi mədəniyyətimizə verdiyi töhfələrdən danışıb, onunla bağlı xatirələrini bölüşüb: "Gülarə Əliyeva xoşbəxt sənətkar idi. Biz onun haqqında təkcə böyük sənətkar kimi yox, həm Azərbaycan musiqi mədəniyyətinin hadisəsi kimi danışmalıyıq. "Dan ulduzu" ansamblı onun üçün kiçik dünya idi o, bu dünyada özünü xoşbəxt hiss edirdi.

Bəstəkar, Xalq artisti Ramiz Mirişli Gülarə Əliyevanın fitri istedada malik sənətkar olduğunu vurğulayıb, həyat yaradıcılıq yolundan söz açıb: "Gülarə Əliyeva 1933- ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, Əhsən Dadaşov adına xalq çalğı alətləri ansamblında işləyib.

1966-
ildə "Dan ulduzu" instrumental ansamblını yaradıb. 1966-1988-ci illərdə Azərbaycan Mədəniyyət İncəsənət Universitetində musiqi nəzəriyyəsi kafedrasının müdiri olub. Azərbaycanın gənc musiqiçilərinin yetişməsində "Dan ulduzu" ansamblının böyük rolu olub".

Xatirə gecəsində "Dan ulduzu" ansamblının müşayiəti ilə konsert proqramı təqdim edilib.

S.ABDULLAYEVA

 





21.11.2013    çap et  çap et