525.Az

Atatürk Mərkəzində Fəridə Ləmanın yubileyi qeyd olunub


 

Atatürk Mərkəzində Fəridə Ləmanın yubileyi qeyd olunub <b style="color:red"></b>

Noyabrın 20- Atatürk Mərkəzində tanınmış şairə publisist Fəridə Ləmanın 60 illik yubileyi keçirildi. Fəridə Ləman otuzdan çox kitabın müəllifidir. Yaradıcılığına görə "Xanqızı Natəvan", "Araz", "Qızıl qələm", "Həsənbəy Zərdabi" digər mükafatlara layiq görülüb. O, həmçinin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda baş elmi işçidir.

Tədbiri giriş sözü ilə millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov açdı: "Fəridə xanım şair, publisist, elm adamı kimi istedadlı olmaqla yanaşı, həm insan kimi istedadlıdır. O, türk dünyası miqyasında düşünən insandır. Elmimizdə, ədəbiyyatımızda onun ziyalı xanım kimi xüsusi yeri var".

Tədbirin aparıcısı Nüşabə Məmmədli Azərbaycan Yazıçı Qadınlar Cəmiyyətinin diplomunu Fəridə Ləmana təqdim etdikdən sonra şair Fəxrəddin Meydanlının yubilyarın həyat yaradıcılığı haqqında qısa məruzəsi dinlənildi.

Sonra söz alan Xalq şairi Sabir Rüstəmxanlı yubilyarı təbrik etdi, onun haqqında fikirlərini bölüşdü: " İnsan dünyaya hansı işıqla gəlirsə, o işıqla da gedir. Fəridə xanım işıqlı qadındır. O, epitetlər haqqında bir kitab yazmışdı. Orada mənim şeirlərimdə ən çox işlənən rəng haqqında yazmışdı. Bu, rəng idi. Fəridə xanımın da həyat yolu rəng kimi təmiz ləkəsizdir. O, yaradıcılığı ilə qadın poeziyasına öz möhürünü vurmuşdur. Fəridə xanım xoşbəxtdir ki, insanların sevgisini qazana bilib".

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədov yubilyarın Vətən sevgisini önə çəkdi. Fəridə xanımın Milli Qəhrəmanımız Mübariz İbrahimovun həyatını əks etdirən ssenarisinin onu çox kövrəltdiyini bildirdi. Daha sonra R. Məmmədov Xalq şairi Zöhrab Tahirin yubilyar haqqında təbrik məktubunu tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza qurumun rəhbərliyinin təbrik məktubunu oxudu.

Tədbirdə bir sıra ziyalılar, qələm adamları yubilyar haqqında fikirlərini bölüşdülər. Aşıq Cığatel aşıq Ulduz Fəridə Ləmana həsr etdikləri şeirləri səsləndirdilər.

RAMİL

 





21.11.2013    çap et  çap et