525.Az

MSK bir neçə dairə ilə bağlı şikayətləri DSK-lara göndərib


 

MSK bir neçə dairə ilə bağlı şikayətləri DSK-lara göndərib<b style="color:red"></b>

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daha bir neçə şikayətə baxılıb.

“Report” xəbər verir ki, iclasda 81 saylı Beyləqan seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 95 saylı Tərtər seçki dairəsi, 42 saylı Sumqayıt ikinci seçki dairəsi, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətlər müzakirə olunub.

Sonda həmin müraciətlərin Dairə Seçki Komissiyalarına göndərilməsinə qərar verilib.

 





13.02.2020    çap et  çap et