525.Az

"Alban tarixi gənclərin gözü ilə"


 

"Alban tarixi gənclərin gözü ilə" <b style="color:red"></b>

Gənclər İdman Nazirliyinin dəstəyi ilə "Bakı Gənclər Klubu" İctimai Birliyinin (İB) həyata keçirdiyi "Tariximizi öyrənək, irsimizi qoruyaq!" layihəsi çərçivəsində "Alban tarixi gənclərin gözü ilə" sərgisi açılıb. İB-dən "525"ə verilən məlumata görə, noyabrın 18- açılmış sərgidə layihə çərçivəsində çəkilmiş fotoşəkillər alban tarixinə aid məlumatların əks olunduğu kitabçalar nümayiş etdirilir. Sərginin təşkil olunmasında əsas məqsəd Azərbaycanın qədim tarixini daha dərindən öyrənmək, alban tarixinə aid abidələrin məbədlərin ictimaiyyət arasında daha yaxından təbliğinə nail olmaqdır.

Sərginin açılışında çıxış edən İB-nin sədri Azər Cavadov "Tariximizi öyrənək, irsimizi qoruyaq!" layihəsinin əhəmiyyətindən danışaraq bu ideyanın reallaşmasında göstərdiyi köməyə görə Gənclər İdman Nazirliyinə minnətdarlığını bildirib.

Gənclər idman nazirinin müavini İntiqam Babayev isə çıxışında tariximizin təbliği memarlıq abidələrimizin qorunması ilə bağlı görülən işlərə dövlət tərəfindən daim dəstək göstəriləcəyini qeyd edib. O, layihə çərçivəsində görülən işləri yüksək qiymətləndirmiş təşkilatçılara uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Faiq Qürbətov da sərginin təşkilini yüksək qiymətləndirib.

Digər çıxış edənlər sərgi ilə bağlı xoş sözlər deyiblər.

Rəsmi hissədən sonra qonaqlar media mənsubları sərgiyə baxıblar. Sərgi üç gün davam edəcək.

S.ABDULLAYEVA

 





21.11.2013    çap et  çap et