525.Az

Ali Hərbi Məktəbinin qərargah rəisi vəzifəsindən azad edilib


 

Ali Hərbi Məktəbinin qərargah rəisi vəzifəsindən azad edilib<b style="color:red"></b>

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) qərargah rəisi, polkovnik Mirzəli Yusifov vəzifəsindən azad edilib.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
 
Məlumata görə, sərəncama göndərilmiş M. Yusifov ötən gün hərbi məktəbin şəxsi heyət ilə görüşərək məktəbi tərk edib.
 
M. Yusifov APA-ya açıqlamasında hərbi məktəbdəki işindən uzaqlaşdığını təsdiq edib: «Mən indi məzuniyyətdəyəm. Artıq hərbi məktəbdə işləmirəm».
 
Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini də icra edib.

 





21.11.2013    çap et  çap et