525.Az

"Yeni Müsavat" qəzetinin redaksiyasına- Şirməmməd Hüseynovdan


 

"Yeni Müsavat" qəzetinin redaksiyasına- <b style="color:red">Şirməmməd Hüseynovdan</b>

Jurnalist həmkarlar! Müsahibə alanda millətin fikrini təhrif edib, ona uydurma sərlövhə çəkməyə hacət var? Hansı vicdansız deyə bilər ki, biz cəhənnəmdə yaşayırıq? Müstəqil dövlətdə cəhənnəm olmaz. Keçid dövründə çətinlik olar, nöqsan olar, çatışmazlıq olar, bunu cəhənnəm kimi təqdim etmək yaramaz.

Elşad Paşasoy mənim ona dediyim fars atalar misalını yaxşı başa düşməyib. Niyə yazıda mənim dediyim "Vətən bizimdir, millət bizimdir, dövlət bizimdir" sərlövhəsini qoymur? Jurnalistin, redaksiyanın müəllifin fikrinin ümumi ruhunu öz istədiyi kimi dəyişməyə haqqı yoxdur.

Hörmətlə, Şirməmməd Hüseynov

 





21.11.2013    çap et  çap et