525.Az

Uşaq hüquqlarının etibarlı müdafiəsi davamlı inkişafa xidmət edir


 

Uşaq hüquqlarının etibarlı müdafiəsi davamlı inkişafa xidmət edir<b style="color:red"></b>

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)

20 ildən bir qədər artıq müstəqillik tarixinə malik olan dövlətimizdə insan hüquqları onun tərkib hissəsi kimi uşaq hüquqları sahəsində sahəsində strateji dövlət əhəmiyyətli sənədlərin təsdiqi, uğurlu islahatların həyata keçirilməsi ölkədə əhalinin müxtəlif qruplarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi baxımından olduqca mühüm təcrübə formalaşdırmış oldu.

Bu baxımdan Ombudsman təsisatının həyata keçirdiyi fəaliyyətin əsas məqsəd məramı insan hüquqlarının həyata keçirilməsinə, əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların pozulmuş hüquqlarının bərpasına, vətəndaş cəmiyyətinin, demokratiya meyarlarına cavab verən dövlətin buna uyğun insan hüquqları sisteminin inkişafına dəstək verməkdir.

Yekunun vurduğumuz "Uşaq hüquqları aylığı" da məhz dövlət uşaq siyasətinin tərkib hissəsi kimi müsbət təcrübəyə çevrildi. Hər il Uşaq Hüquqları Konvensiyasının qəbul edilmə tarixi ərəfəsində, 20 oktyabr - 20 noyabr tarixlərində Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq elan olunan "Uşaq hüquqları aylığı" dövlət qurumları, yerli mərkəzi icra hakimiyyəti orqanları, həmçinin QHT KİV-lər, icmalar tərəfindən müxtəlif tədbirlər həyata keçirilməsinə həvəsləndirməklə yanaşı, qeyd olunan sahədə mütərəqqi addımların atılmasına geniş imkanlar açır.

Əhalinin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi, onların hüquqi düşüncə mədəniyyətinin inkişaf etdirilməsi ilə yanaşı, pozulmuş hüquqların bərpası demokratik-hüquqi dövlətin vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən təşəbbüslər, insan hüquqları sahəsində maarifləndirmə işinin təşkili məqsədilə mütərəqqi ideyaların axtarışı əldə olunmuş ideyaların tətbiqi Aylıq çərçivəsində praktik yanaşma ilə real icra olunur təsdiqini tapır.

Bu il "Uşaq hüquqları aylığı"çərçivəsində, müxtəlif dövlət orqanlarına, nazirlik komitələrə, hüquq mühafizə orqanlarına, yerli icra hakimiyyəti orqanları, ümumilikdə respublikamızın bütün regionlarını əhatə edilmiş, o cümlədən QHT KİV-ləri daxil etsək 100-dən artıq quruma bu ərəfədə müxtəlif tədbirlərin keçirilməsi, təşəbbüslər göstərilməsi görülmüş işlər barədə Ombudsmana məlumat vermələri tövsiyə olundu.

Yerli mərkəzi icra hakimiyyəti orqanları tərəfindən ölkəmizdə elan olunmuş "Uşaq hüquqları aylığı" ilə bağlı uşaq hüquqlarına dair müxtəlif məzmunlu silsilə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan tədbirlər planı təsdiqlənərək Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə təqdim olunmuş həmin tədbirlərin icrasına başlanılmışdır. Görülmüş işlər barədə arayış isə aylığın yekununda həmin qurumlar tərəfindən Ombudsmana göndərilmişdir.

Hüquq-mühafizə orqanları, nazirliklər, komitələr, rayon şəhər icra hakimiyyəti orqanları, təhsil, səhiyyə müəssisələri tərəfindən aylıq çərçivəsində həyata keçirilən tədbirlər planı, demək olar ki, əhalinin bütün qruplarını əhatə etmiş fəal iştirakları ilə yadda qalmışdır. Orta ali təhsil ocaqlarında, uşaq evləri internat müəssisələrində uşaq hüquqlarına dair seminarlar treninqlər təşkil olunmuş, dövlət qurumlarının mətbu orqanlarında, o cümlədən televiziya, radio, qəzet jurnallarda uşaq hüquqlarını təbliğ edən verilişlər təşkil edilmiş, məqalələr  dərc olunmuşdur.

2006- ildən uğurla həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olaraq, ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan hüquq azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı (MFP) istər insan hüquqlarının müdafiəsi, istərsə insan hüquqları sahəsində maarifləndirmə üçün yeni mərhələ açmaqla, icraçı qurumlar qarşısında yeni istiqamətlər mühüm vəzifələr müəyyən etdiyindən,  bu sənəd dövlət qurumları üçün Aylıq çərçivəsində tədbirlər planının hazırlanması həyata keçirilməsi istiqamətində əsas mənbə olmuşdur.

Bu tədbirlər  yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilmişdir. Hər bir rayonun idarə müəssisələrini əhatə edərək, təhsil, səhiyyə müəssisələrinin, hüquq- mühafizə orqanlarının digər qurumların nümayəndələrini əhatə etməklə geniş miqyas almışdır.

Prezidentin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə  təsdiq olunmuş uğurla həyata keçirilən Azərbaycan Respublikasında İnsan hüquq azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) müddəaları, o cümlədən BMT-nin Baş Məclisi tərəfindən bəyan edilmiş "İnsan hüquqları sahəsində maarifləndirmə", "İnsan hüquqları sahəsində təhsil", UNESCO-nun "Davamlı inkişaf naminə təhsil" onilliyi əsasında başlanmış Ombudsmanın təşəbbüsü ilə Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində insan hüquqları təhsili bazasında həyata keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramı tətbiq olunduğu Bakı şəhərində respublikamızın regionlarında yerləşən orta ümumtəhsil məktəblərində aylıq çərçivəsində silsilə tədbirlər təşkil olunmuşdur.

Bu interaktiv tədris proqramı insan hüquqları mədəniyyətinin təbliğinə, cəmiyyətdə məktəb mühitində insan hüquqlarının tərkib hissəsi kimi uşaq hüquqlarının reallaşdırılmasına tədrisinə xidmət edir. Müvəkkil tərəfindən insan hüquqları təhsili hüquqi maarifləndirmə baxımından ölkəmizdə formalaşdırılan müsbət təcrübələrdən biri Uşaq hüquqları üzrə pilləli tədris sistemidir.

Uşaq hüquqları üzrə pilləli tədris proqramı beş tədris ilidir ki,uğurla davam etdirilir. Bakı şəhərinin 11 rayonu üzrə, hərəsindən bir məktəb seçilməklə, o cümlədən respublikanın regionlarında, Quba, Qusar, Lənkəran, Masallı, Fizuli, İmişli, Gəncə, Mingəçevir şəhər rayonlarında, kənd məktəblərində bu tədris proqramı həyata keçirilmişdir.

Azərbaycan Ombudsmanı uşaq hüquqlarının təbliği beynəlxalq təcrübənin ölkədə tətbiqinə önəm verərək müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən bir sıra dövlətlərlə təcrübə mübadiləsi baxımından fəaliyyət həyata keçirməkdədir. Belə ki, Müvəkkil Avropa Uşaq Ombudsmanları Şəbəkəsində  (ENOC) fəaliyyəti ilə fərqlənməklə yanaşı müsbət ölkə təcrübəsini formalaşdırmış ölkədə həyata keçirilən islahatların təqdimatı bu sahəyə mühüm töhfə verir.

Təqdirəlayiq haldır ki, BMT qurumları ilə əməkdaşlıq çərçivəsində çox uğurlu nəticələr əldə olunmuş, əməkdaşlıq əlaqələri qurulmuşdur. Müvəkkil uşaq hüquqlarına dair ixtisaslaşmış məruzəsini paralel hesabatını BMT-nin Uşaq hüquqları üzrə Komitəsinə təqdim etmiş 2012-ci ilin fevral ayında həmin Komitənin Azərbaycan hökumətinə sonuncu dövri hesabatı üzrə verdiyi Yekun Müşahidələrində Ombudsman təsisatının fəaliyyəti yüksək dəyərləndirilmiş, təsisat nəzdində uşaq hüquqları üzrə ixtisaslaşmış Müvəkkil ya uşaq hüquqlarına cavabdeh olan insan hüquqları üzrə Müvəkkilin müavinini təyin etməyi tövsiyə etmişdir ki, bununla əlaqədar olaraq təsisat nəzdində müvafiq struktur dəyişikliyi edilməsi ilə bağlı aidiyyatı qurumlara müraciət etmişdir.

Cari ildə Müvəkkil BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının icrasına dair ilk paralel hesabat hazırlayaq BMT-nin müvafiq saziş qurumuna göndərmiş bu sahədə həyata keçirilmiş geniş fəaliyyət, ölkə təcrübəsi öz əksini tapmışdır.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                

Həiqətən hüquqi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə insan hüquqları əhalinin kütləvi şəkildə iştirakının təmin edilməsi ilə ümumxalq hərəkatının tərkib hissəsinə çevrilmişdir. Həyata keçirilən tədbirlər islahatlar, idarəetmənin təkmilləşməsi insanlarda şüurlu surətdə hüquqi inamın formalaşmasına öz hüquqlarının həyata keçirilməsi üçün qətiyyətli addım atmaları istiqamətində öz töhfəsini verməkdədir.

Qarşıda bir sıra əsas məsələlər durur ki, bu da uşaqların zorakılıqdan müdafiəsi məqsədilə 2008-ci ildə imzalanmış Uşaqların cinsi istismar sui-istifadədən müdafiə olunmasına dair Avropa Şurasının Konvensiyasının ratifikasiya edilməsi Müvəkkil tərəfindən UNİCEF-in dəstəyilə hazırlanmış 2009-cu ildə Milli Məclisə təqdim edilmiş "Uşaqların cismani cəzadan müdafiəsi haqqında" qanunun qəbul olunmasıdır. Müvəkkil hesab edir ki, bütün dünyada olduğu kimi, ölkəmizdə uşaqlara qarşı zorakılıq hallarının tamamilə aradan qaldırılması məqsədilə qanunvericilik təkmilləşdirilməli, uşaqlara valideynlərin, müəllimlərin nəzarəti, ümumilikdə ictimai nəzarət gücləndirilməlidir.  Zorakılığa məruz qalan uşaqlar üçün sığınacaqlar yaradılması, bu qəbildən olan uşaqlara keyfiyyətli hüquqi, psixoloji, tibbi yardımlar göstərilməsi, eləcə bu istiqamətlər üzrə kadr hazırlığı olduqca zəruridir.

Milli Məclisdə ailə, qadın uşaq məsələləri üzrə komitəsinin yaradılmasının da artıq vaxtı çatmışdır. Eyni zamanda qanunla ziddiyyətdə olan uşaqların hüquq maraqlarının müdafiəsi məqsədilə "Yuvenal ədliyyə haqqında" Qanunun qəbul edilməsi, bu məqsədlə sturuktur islahatlar, yetkinlik yaşına çatmayanların işləri hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin əsasnaməsinin təkmilləşdirilməsi, sosial işçilər psixoloqların hazırlanması uşaq müəssisələrində yerləşdirilməsi ehtiyac duyulan məsələ olmaqla yanaşı, böyük zərurətə çevrilmişdir.

Könüllülük fəaliyyətinin inkişafına dair təşəbbüslərin artırılması, tibb pedoqoji universitetlərdən olan tələbələrinin bu fəaliyyətə cəlb olunması yeni imkanlar təcrübə baxımından olduqca vacibdir.

Bu baxımdan, ölkəmizdə Ombudsmanın təşəbbüsü ilə davamlı olaraq həyata keçirilən bütün tədbirlər, ardıcıl regional ictimai dinləmələr insan hüquqlarının təbliği, pozulmuş hüquqların bərpası istiqamətində müvafiq dövlət qurumları, QHT KİV-lər, həmçinin beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, o cümlədən insan hüquqları mədəniyyətinin formalaşdırılması müsbət təcrübə kimi hər il yeniliklərin uğurlu nəticələrin əldə olunmasına, əhali arasında hüquq mədəniyyətinin yayılmasına öz töhfəsini verir insan hüquqları sahəsində Azərbaycan təcrübəsini daha da inkişaf etdirir. Bu sahədə ardıcıl sistemli icmaların, əhalinin bütün qruplarından, ölkənin bütün bölgələrindən insanların iştirakının, ictimai fəallığının artırılması ilə davam edir.

Vətəndaşların maraqlarına uyğun dövlət səviyyəsində atılan bütün addımlar insan hüquqlarına ali dəyər verilməsinin göstəricisidir. Bu baxımdan da hər birimiz gələcəyimiz olan uşaqlarının maraqlarının etibarlı müdafiəsində, ümumilikdə isə insan hüquqları mədəniyyətinin təbliğində maraqlı olmalı bu vərdişlərin yayılmasında səfərbər olmalıyıq.

 





21.11.2013    çap et  çap et