525.Az

Qızını qətlə yetirən atanın məhkəməsi başlayıb


 

Qızını qətlə yetirən atanın məhkəməsi başlayıb<b style="color:red"></b>

Bakı Ağır Cinayətlər Məhkəməsində qızını qətlə yetirməkdə təqsirləndirilən Şamaxı şəhər sakini Amil Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi üzrə baxış iclası isə noyabrın 27-nə təyin edilib.
 
Qeyd edək ki, Şamaxı şəhər Mirzə Fətəli Axundov küçəsi, 45 ünvanında yaşayan 1956-cı il təvəllüdlü Amil Həmid oğlu Əliyev ailə münaqişəsi zəminində qızı, 1991-ci il təvəllüdlü Güneli bıçaqlayaraq qətlə yetirib.

 





22.11.2013    çap et  çap et