525.Az

Abbas Abbasov Kremlin azərbaycanlı miqrantları sıxışdırmaq siyasətinin dəstəkçisi rolunda


 

Abbas Abbasov Kremlin azərbaycanlı miqrantları sıxışdırmaq siyasətinin dəstəkçisi rolunda <b style="color:red"></b>

Rusiyanın miqrasiya siyasəti qeyri-slavyanları, öncə azərbaycanlıları ölkələrinə qayıtmağa məcbur etmək məqsədi daşıyır. Miqrantlara qarşı təzyiqlərə başlanması bu prosesin ilk mərhələsidir, ikinci mərhələ onları vətənlərinə köçə məcbur etmək, üçüncü mərhələ isə Kremlin nəzərində sosial narazı kütlə olan miqrantlardan yerli hakimiyyətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir. Başqa sözlə, Moskva evə qayıdan miqrantlardanbeşinci kolonyaratmaq istəyir bu prosesə bəzi etnik əsaslarda formalaşan qurumları da cəlb edib. Bunlardan biri Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətidir (“AzerRos”). Bu quruma Azərbaycan baş nazirinin sabiq müavini Abbas Abbasov rəhbərlik edir. “Milyarderlər İttifaqının yaradıcısı, ilhamvericisi olan Abbas Abbasov...

Milyarderlər İttifaqı yaradanlar qurumu ictimai rəyə Rusiyada yaşayan işləyən azərbaycanlıların hüquqlarını müdafiə edəcək təsisat kimi təqdim etməyə çalışır, bu kontekstdə soydaşlarımızın ciddi problemlərlə üzləşdiklərini öz plana çəkirdilər. Bu problemlər həmişə mövcud olub, lakin indiki kimi total deyil, lokal xarakter daşıyırdı. Lakin Qərbi Biryulevo hadisələri əmək miqrantlarına gerçək münasibəti üzə çıxardı, bu, Moskvanın qeyri-slavyan mənşəli miqrantlara yürütdüyü siyasətin pik nöqtəsi idi. Kreml bazarlarda reydlərə başlamaqla, azərbaycanlıları miqrasiya qanunvericiliyini əsas gətirərək bazarlardan çıxarmaqla gerçək üzünü açığa çıxarmış oldu.

Səhnəyə azərbaycanlı əmək mühacirlərinin hüquqlarını müdafiə bayrağı ilə çıxanMilyarderlər İttifaqıisə meydanda yox idi. Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRosun) Ağsaqqallar Şurasının sədri, həmçininMilyarderlər İttifaqının təsisçilərindən Abbas Abbasov bu proseslərə dair açıqlaması iləözünü yandırmışoldu. “Azərbaycanlılara xəbərdarlıq edirik ki, bir müddət restoranlara getməsinlərdeyəbəyanatverən Abbas Abbasov əslində həm problemin mahiyyətini anlamadıqlarını (yaxud anlamaq istəmədiklərini) ortaya qoydu, həm Milyarderlər İttifaqının guya miqrantların problemini həll etmək üçün yaradıldığı barədə sabun köpüyünü partlatmış oldu.

Sual olunur: “Bu müddət ərzində Abbas Abbasov miqrantların üzləşdiyi problemlər, onların həll yolları ilə bağlı hansı tədbir keçirib, azərbaycanlılara qarşı qeyri-insani münasibətlə bağlı hansı bəyanatı verib?” Azərbaycan cəmiyyəti bu problemlə bağlı Abbasov tərəfindən hər hansı addımın şahidi olmayıb. Əvəzində isə Abbas Abbasovun təşəbbüsü ilə Rusiyanın dövlət miqrasiya siyasətinə dəstək vermək üçünPrezident otel tədbir keçirilir baş nazirin sabiq müavini o tədbirdə çıxış edərək Kremlin miqrasiya siyasətini (oxu: Azərbaycana azərbaycanlılara qarşı təzyiq siyasətini) dəstəklədiyini bəyan edir.

Rusiyanın miqrasiya siyasəti qeyri-slavyanlara qarşı təzyiq siyasətidir, sənəddə əksini tapmasa da, qanunların icrası bunu aşkar şəkildə göstərir. Bu siyasət miqrantları ölkələrinə göndərməklə həmin dövlətlərdə stabilliyi pozmaq məqsədi güdür. Moskva köçə zorlanan miqrantları, bu sosial narazı kütləni onların ölkəsinə qarşı alət kimi istifadə etməyə çalışır Abbas Abbasov bu siyasəti dəstəklədiyini açıqlayır. Məsələ Abbasovun niyə belə etməsində deyil. Sual olunur: “Əgər gerçək niyyətini gizlətmək istəyirsənsə, bunuazərbaycanlı miqrantların hüquqlarını qorumaqkimi bir anlayış altında kamuflyaj etmək nəyə lazım idi?”. “Milyarderlər İttifaqıöz niyyətini gözə qulağa xoş gələn başqa bəhanələrlə kamuflyaj edə bilərdi, amma siyasi səhnəyə ilk addımlarınımiqrant hüquqlarının arxasında gizlənməklə atdı özünü elə ilk addımdaca, Bryulevo hadisələrində ifşa etdi.

Demək səmimi deyillər, demək niyyət başqadır. Gerçək niyyəti təxmin etmək çətin deyil, bu niyyət Moskvanın Azərbaycanı Gömrük Birliyinə qoşmaq niyyəti ilə üst-üstə düşür. Başqa sözlə, “Milyarderlər İttifaqıkimlərinsə əlində alətdir Abbas Abbasov toplantıda söylədiyi fikirlərlə alət olduğunu gizlətmir . Məsələn, “Azərrosun Ağsaqqallar Şurasının sədri bildirir ki, hər bir miqrantın taleyi yalnız onu qəbul edən ölkədən yox, həm onun gəldiyi ölkə ya regionun məsuliyyətindən asılıdır. Yəni, Abbas Abbasov Rusiyada bu gün azərbaycanlı miqrantlara qarşı təzyiqlərin davam etməsinə görə məsuliyyəti öz iqtisadi siyasi müstəqilliyini Kremlə güzəştə getmək istəməyən rəsmi Bakının üzərinə atır. Səbəb məlumdurKreml azərbaycanlı miqrantları sıxışdırmaqla onların Azərbaycana qayıdışını təmin edə bilsə , onları sosial narazı kütlə kimi rəsmi Bakıya qarşı qoya bilmədi. Bu missiyanı üzərinə götürən Abbas Abbasov artıq ona bəslənən ümidləri doğrultmadığına görə Kremlin etimadını itirmək üzrədir. Bu səbəbdən o indiyədək yürütdüyü siyasəti darmadağın edəcəyini bilməsinə rəğmən tədbir keçirərək Moskvanın miqrasiya siyasətinə açıq şəkildə dəstək verdiyini bildirir. Abbasovun buna ehtiyacı var, çünki məşhur bir filmdə deyildiyi kimi, “on ne opravdıval okazannoye im visokoqo doveriya”. Bir tədbirlə bu etimadı bərpa ediləcəyini düşünmək isə... Artıq bu, Abbasovun öz problemidir.

Qeyd edək ki, Abbas Abbasov APA-nın əməkdaşının tədbirlə bağlı sualını eşidən kimi telefonu məşğul edib.

 





23.11.2013    çap et  çap et