525.Az

Azərbaycanlı ifaçı "Qolos"da daha bir mərhələ keçdi- Video


 

Azərbaycanlı ifaçı "Qolos"da daha bir mərhələ keçdi- <b style="color:red">Video</b>

Məşhur "Voice" yarışmasının Rusiyadakı variantında azərbaycanlı iştirakçı daha bir mərhələ adlayıb.

525.az-ın məlumatına görə, Rusiyanın "Birinci" telekanalında nümayiş olunan şounun "nokaut" mərhələsində Fərid Əsgərov Dima Bilanın komandasından daha iki iştirakçıyla "rinq"ə çıxıb.

Hər üç ifaçı ayrılıqda ifalarını etdikdən sonra Dima Bilan şouya Andrey Svetkov və Fərid Əsgərovla davam etmək istədiyini bildirib. Olqa Braqina isə mərhələni adlamayıb.

Fərid Əsgərov səhnədə Alla Puqaçovanın ifası ilə məşhurlaşmış "Lyubov poxojaya na son" mahnısını oxuyub.

Leonid Aqutin bildirib ki, Fərid Əsgərovun ifası Andrey Svetkovla müqayisədə daha maraqlı idi.

Fərid Əsgərovun ifasını təqdim edirik.

 





23.11.2013    çap et  çap et