525.Az

Dini və milli tolerantlığın Azərbaycan modeli


 

Dini və milli tolerantlığın Azərbaycan modeli<b style="color:red"></b>

Azərbaycan əsrlər boyu burada yaşayan bütün millətlərin, bütün dinlərin nümayəndələri üçün Vətən olub. Biz fəxr edirik ki, bu gün müstəqil Azərbaycan çoxmillətli çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin nümayəndələri, bütün millətlər bir ailə kimi sülh, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu, bizim böyük sərvətimizdir, böyük üstünlüyümüzdür hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafında bu amil öz rolunu oynamışdır”. Bu fikirləri 31 oktyabr-1 noyabr tarixində keçirilən, 70 ölkəni 5 mötəbər beynəlxalq təşkilatı təmsil edən 800 nəfərin, o cümlədən 7 sabiq dövlət başçısının, 13 Nobel mükafatı laureatının, dünyanın ən nüfuzlu universitetlərinin 7 fəxri professorunun, 107 görkəmli ictimai-siyasi xadimin, yüzlərlə tanınmış elm, mədəniyyət adamlarının iştirak etdiyi Üçüncü Bakı Beynəlxalq Humanitar Forumundakı nitqində Prezident İlham Əliyev səsləndirib.

Sözügedən forum çərçivəsində çağdaş dünyamızı narahat edən, XXI əsrin 8 əsas çağırışlarından biri kimiMultikulturalizm özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışındaadlı dəyirmi masada mövzu üzrə müzakirələr aparılıb. Forumun yekun bəyannaməsində isə multikulturalizm sahəsində bir sıra dövlətlərin, o cümlədən ölkəmizin uğurları qeyd edilib müxtəlif ölkələrin cəmiyyətdə konsensus əldə olunmasına yönəldilən dövlət siyasətinin əsas tərkib hissəsi kimi Azərbaycanın qazanılmış təcrübəsinin öyrənilməsinin zəruriliyi vurğulanıb. 

Tolerantlığın ən mühüm aspektimultikulturalizm

Bu gün dünyada tolerantlıq anlayışının multikulturalizm məfhumu ilə  paralel işlənməsi təsadüfi deyil. Çünki tolerantlığın mövcud olmadığı yerdə multikulturalizmdən danışmaq qeyri-mümkündür. Bunun səbəbini başa düşmək üçün əvvəlcə tolerantlığın ən mühüm aspekti kimi qəbul edilən multikultiralizmin mahiyyətinə varmağımız lazımdır. Multikulturalizm anlayışı çox da qədim tarixə malik deyil. Sözün semantikası ingiliscədən hərfi tərcümədəçoxmədəniyyətlilik” (multiçox, kulturalizmmədəniyyətlilik) anlamına gəlir. Çağdaş alman filosof sosioloqu Yurgen Habermasa (1929) görə, multikulturalizmin əsas prinsipimədəni həyatın müxtəlif formalarının bərabər hüquqlarla yanaşı mövcud olması”, sadə dillə desək, azlıqla çoxluğun bərabər hüquqlara malik olmasıdır. İngilis mənbələrinə bir sıra Qərb alimlərinin bu mövzuda apardıqları tədqiqatlara əsaslansaq, multikulturalizm özündə hansısa ölkədə, eləcə bütün dünyada mədəni müxtəlifliyin qorunub saxlanmasına inkişafına yönəlmiş siyasəti bu siyasəti əsaslandıran ideologiyanı ehtiva edir.

Avropa Birliyi məkanında isə multikulturalizm ötən əsrin 60- illərinin sonlarından xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Lakin birliyin söz sahibi olan ölkələri multikulturalizmi mahiyyətcə liberal dəyərlərin tətbiqi kimi yox, sözügedən məkana işçi miqrantların cəlbini nəzərdə tutan ideologiya olaraq qəbul edirdilər. Avropa Birliyi isə bir təşkilat kimi bu prosesə dəstək verərək, dolayısı ilə multikulturalizm adı altındaaçıq qapısiyasəti yürüdərək daha çox birliyin iqtisadi mənafeyini qorumaq məqsədi güdürdü.

Azərbaycan Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin sektor müdiri, iqtisad üzrə fəlsəfə doktoru Ərəstü HəbibbəyliMultikulturalizm: bəşəri ideya, yaxud Qərb dəyərləri?” adlı məqaləsində vurğulayır ki, multikultural dəyərlər olmasaydı, heç böyük bəşər mədəniyyəti ola bilməzdi. Çünki müəyyən sərhədlər daxilində təcrid olunmuş özünə qapanmış hər hansı bir mədəniyyət tənəzzülə məhkumdur. Ə.Həbibbəylinin fikrincə, qloballaşma dövründə heç bir ölkə multikulturalizmin təsirindən kənarda qala bilməz: “Günümüzdə multikulturalizmin böhranı ya süqutu ilə bağlı Qərbdə səslənən fikirlər heç birmənalı qəbul edilmir. Qərbin bir ideologiya olaraq baxdığı multikulturalizm bir çox yerlərdə, o cümlədən Azərbaycanda həyat tərzi olaraq qəbul olunur. İnsanlar minillər boyu yaşadıqları çoxmədəniyyətli həyatı bir zənginlik kimi qəbul edirlər. Multikultural dəyərləri müxtəlif mədəniyyətlərə, dinlərə, sivilizasiyalara tolerant münasibət şərtləndirir. Yalnız tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, müxtəlif xalqları birləşdirən dəyərlər sisteminin formalaşmasına səbəb olur. Bu gün Avropa multikulturalizmin məğlubiyyətə uğradığını qəbul bəyan edir”.

Alimin qeyd etdiyi kimi, sonuncu fikri hazırda Avropa Birliyinin Almaniya, Fransa kimi aparıcı ölkələrinin siyasi liderləri artıq çıxışlarında açıq-aşkar vurğulayırlar. Fikrimizcə, multkulturalizmin Avropada bir çox ölkələrdə iflasının səbəbi onun yaşam tərzi kimi deyil, məhz konkret məqsəd güdən ideologiya kimi qəbul edilməsindədir. Buna görə hazırda bu söhbətlər artıq şayiə xarakteri daşımır, daha geniş miqyası əhatə edir. Bütün bunlar göstərir ki, dini milli tolerantlığın, multikulturalizmin Azərbaycan modeli çağdaş dövrdə nəinki region ölkələri, ümumiyyətlə, bütün dünya üçün aktuallıq kəsb etməyə başlayıb.

 

Dini-etnik tolerantlığın multikulturalizmin Azərbaycan modelinin mahiyyəti

Bəs, son dövrlərdə həm lokal, həm beynəlxalq miqyasda adı tez-tez hallandırılan dini milli tolerantlığın, multikulturalizmin Azərbaycan modeli əslində özündə nəyi ehtiva edir? Bu modelin üstünlüyü nədir? Bu suallarla müraciət etdiyimiz AMEA-nın Fəlsəfə, Sosiologiya Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Roida Rzayeva Avropa tolerantlığının Azərbaycan gerçəkliyindəki tolerantlıqdan fərqləndiyini bildirib. O qeyd edib ki, Avropada tolerantlıq, mutikulturalizm daha çox haqq, hüquq müstəvisində özünü qabarıq şəkildə göstərir: “Azərbaycanda isə bu, həm qanunlar çərçivəsində işləyir, həm artıq milli xarakterimizdə oturuşub. Avropada başqasının haqqı tapdalanmasa da ona başqası olduğu hiss etdirilir. Amma Azərbaycanda belə deyil heç zaman belə olmayıb. Tolerantlıq artıq bizim milli identikliyimizin bir nüansıdır, amilidir”.

AMEA-nın sözügedən institutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun fikrincə, bu gün artıq beynəlxalq ictimaiyyətin qəbul etdiyidini milli tolerantlığın Azərbaycan modeliifadəsinin mahiyyətində müxtəlif xalqların əsrlər boyu bir arada mehriban yaşamaq təcrübəsi dayanır: “Bu, Azərbaycanda indi formalaşmayıb, bu artıq ənənədir, keçmişdən gələn gələnəkdir, cəmiyyətin yaşayış tərzidir. Ölkəmizdə müxtəlif adamlar, müxtəlif xalqların nümayəndələri, fərqli inanc sahibləri real həyatda, təcrübədə birgə yaşamağın nümunəsini göstəriblər. Dövlətin rəsmi ideologiyasında da əsrlərdən gələn bu ənənə möhkəmləndirilib. Tolerantlıq dövlət siyasətində öz əksini tapıb”.

Fəlsəfi Maarifçilik Assosiasiyasının prezidenti, fəlsəfə elmləri doktoru  Adil Əsədov isə Azərbaycan nümunəsini fərqləndirən amilləri belə izah edib: “Avropa yaxud qeyri-Avropa tolerantlığının mahiyyəti odur ki, onlar başqalarına məhz dözümlülük nümayiş etdirirlər, onlar münasibətdə demokratik, yaxud mənəvi mövqeni yox, dözümlülük prinsipini əsas götürürlər. Yənibunlar da insandırprinsipi ilə yanaşaraq sadəcə dözürlər. Tolerantlığın Azərbaycan nümunəsində isə bir-birinə dözmək yox, qarşılıqlı hörmət amili əsas yer tutur. Çünki bizdə tolerantlıq anlayışı fərqlidir. Biz sadəcə dözmürük, biz hesab edirik ki, bütün Azərbaycan vətəndaşları, burada yaşayan hər kəs bizim həmvətənimizdir, onların hamısı azərbaycanlıdır. Biz bunu belə qəbul etmişik edirik”.

Ekspertlərin ümumi rəyi aydındır; Azərbaycanda mövcud olan tolerantlıq dünyada qəbul edilmiş tolerantlıq anlayışından xeyli fərqlidirbu, sadəcə hüquq müstəvisində qalmaqla yekunlaşmır, bu, milli özünəməxsusluğumuza çevrilmiş, əsrlər boyu formalaşmış yaşam tərzimizdir.

Dini milli tolerantlığın Azərbaycan modelinin təbliği niyə vacibdir? 

Bütün bu deyilənlərdən sonradini milli tolerantlığın Azərbaycan modelinin təbliği niyə vacibdirsualı qismən cavabını tapmış olur. Çünki tolerantlıq, multikulturalizm Azərbaycanın dövlət siyasəti olmaqla yanaşı, həm cəmiyyətin altşüuruna oturuşmuş mənəvi məsələdir. Dini milli tolerantlığın Azərbaycan modelinin təbliğifərqli dinə dilə malik insanların təkcə hüquq müstəvisində, qanun çərçivəsində deyil, həm mənəvi olaraq, sözün tam mənasında qəbul edilməsi, onların mədəniyyətlərinə bütün rakurslardan hörmətlə yanaşılmasıbu gün bəşəriyyəti ağuşuna alan, onu təhdid edən humanitar fəlakətlərin miqyasını əhəmiyyətli dərəcədə azalda, o cümlədən sivilizasiyalararası dialoq mühitinin yaxşılaşmasına mühüm töhfə verə bilər. Tolerantlıq, multikulturalizm sahəsində əldə etdiyimiz çoxəsrlik təcrübə uğurlar dövlət, cəmiyyət olaraq bunu əminliklə söyləyə bilməyimizə əsas verir. Biz dini milli tolerantlığın Azərbaycan modelini təbliğ etməklə regionda dünyada sülhün, əmin-amanlığın, bununla da etnik, dini, mədəni multikoloritin qorunmasına dövlət xalq olaraq öz töhfəmizi verə bilərik.

 

Multikulturalizm əleyhdarlarına tutarlı cavab

 İslam Elm, Təhsil Mədəniyyət TəşkilatıİSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Üçüncü Bakı Beynəlxalq Humanitar Forumundakı nitqində maraqlı bir ifadə işlədib: “Bugünkü dünyada qeyri-multikulturalizm qəbul edilən məfhum deyil...”.

Əlbəttə, qeyri-multikulturalizmin üçün qəbuledilməz olması barədə çoxlu mülahizələr irəli sürmək, ortaya əsaslandırılmış arqumentlər qoymaq olar. Ancaq zənnimizcə, Azərbaycan Prezidenti İlham Əliyevin forumdakı çıxışında multikulturalizmlə bağlı səsləndirdiyi fikirlər qeyri-multikulturalizm tərəfdarlarına verilən ən tutarlı cavab sayıla bilər: “Çünki XXI əsrdə multikulturalizmin alternativləri demək olar ki, yoxdur. Bunun alternativi ayrı-seçkilikdir, ksenofobiyadır, rasizmdir, faşizmdir. Mən hesab edirəm ki, XXI əsrdə mütərəqqi bəşəriyyət bu xoşagəlməz meyllərin qarşısının alınması üçün daha da fəal olmalıdır. Əfsuslar olsun, bəzi hallarda biz başqa fikirləri eşidirik ki, multikulturalizmin gələcəyi yoxdur. Bəzi ölkələrdə isə bu məsələ ilə bağlı çox bədbin əhval-ruhiyyə hökm sürür. Halbuki, dünyanın əksər ölkələrində çoxmillətli cəmiyyətlər mövcuddur müxtəlif dinlərin, müxtəlif xalqların birgə yaşaması zamanın tələbidir. Bizim əsas amalımız multimədəniyyətli cəmiyyətlərin inkişafına öz töhfəmizi verməkdən ibarət olmalıdır. Biz bu məsələdə dünyaya müsbət təcrübə göstərməliyik. Çünki Azərbaycanda bu sahədə qazanılan təcrübə müsbət təcrübədir”.

Sevinc MÜRVƏTQIZI

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

 





25.11.2013    çap et  çap et