525.Az

İran səfirliyinin Mədəniyyət Mərkəzinin Maliyyə şöbəsinin rəisi Azərbaycandan çıxarılıb


 

İran səfirliyinin Mədəniyyət Mərkəzinin Maliyyə şöbəsinin rəisi Azərbaycandan çıxarılıb<b style="color:red"></b>

İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin Maliyyə şöbəsinin rəisi Əhməd Əhmədzadə ötən gün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və ölkədən çıxarılıb. Bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib.

Mənbənin məlumatına görə, bununla bağlı İran Azərbaycana nota verib.

Hüquq-mühafizə orqanlarından Trend-ə bildirilib ki, Ə.Əhmədzadənin viza problemi olub, ona görə də Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycandan çıxarılıb.

Bununla bağlı hələki Dövlət Miqrasiya Xidmətindən məlumat almaq mümkün olmayıb.

 





25.11.2013    çap et  çap et