525.Az

Sumqayıtdan Bakıya gələn avtobus yandı


 

Sumqayıtdan Bakıya gələn avtobus yandı<b style="color:red"></b>

Azərbaycanda sərnişin avtobusu yanıb.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Masazır dairəsində qeydə alınıb.
 
Yanğın  1 saylı xətt üzrə Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən 10-TB-660 dövlət nömrə nişanlı “İSUZİ” markalı avtobusda qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin  əməkdaşları avtobusda olan sərnişinləri evakuasiya edərək yanğının qarşısını alıblar.
 
Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.

 





25.11.2013    çap et  çap et