525.Az

Türkiyə Naxçıvanla sərhəddəki Dilucu keçid məntəqəsində hərəkəti məhdudlaşdıracaq


 

Türkiyə Naxçıvanla sərhəddəki Dilucu keçid məntəqəsində hərəkəti məhdudlaşdıracaq<b style="color:red"></b>

Türkiyə İranda koronavirus təhlükəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası ilə sərhəddə Dilucu sərhəd-keçid məntəqəsində də hərəkəti məhdudlaşdıracaq.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu bu gün Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib. 

F. Qoca deyib ki, İranla sərhəddəki Ağrı-Gürbulaq, Hakkari-Esendere ve Van-Kapıköy sərhəd keçid məntəqələrinin müvəqqəti bağlanması ilə yanaşı, İğdırdan Naxçıvan bölgəsinə açılan Dilucu sərhəd-keçid məntəqəsində də hərəkət məhdudlaşdırılacaq.

 





23.02.2020    çap et  çap et