525.Az

İntellektin gücü tükənməzdir


 

(Ədalətli dünya, bir qayda olaraq, inqilabi dəyişikliklərə məruz qalmır)

İntellektin gücü tükənməzdir<b style="color:red"></b>

fəlsəfə elmləri doktoru,
professor
aliyevrafig@gmail.com

www.raliyev.az

 

Dünyanın ideya vasitəsilə idarə olunması yalnız həmin ideyanın inqilab etməyə, indiyədək hələ elmə məlum olmayan ən yüksək texnologiyalar yaratmağa qadir olması barədə çox eşitmişik. Bu, qədim dövrlərdə belə olub, orta əsrlərdə , indi ... İdeyanın ali statusu bu günə kimi dəyişməz olaraq qalmaqdadır. Dəyişən yalnız onun xarakteri, gerçəkləşmə sürəti baş verən yeniliklərin istiqamətidir.

Bu, öz-özlüyündə müasir dünyada hər şeyin bir-birilə sıx əlaqədə olması faktını onların hər birinin mürəkkəb, genişşaxəli, çoxfiqurlu çoxfunksiyalı quruluşa malik olması faktını təsdiqləyir. Buna görə ictimai-siyasi quruluş sistemində hətta ən dahiyanə fikrin belə hamı tərəfindən birmənalı, qeyd-şərtsiz qəbulu mümkünsüzdür. Biz tez-tez bəşəriyyətin onu əhatə etən ətraf aləmin böyük sürətlə tarixin müasir texnologiyanın sınaqdan keçirtmədiyi yolla irəliləməsinin şahidi olur baş verən bu fəlakəti yalnız kənardan müşahidə etməklə kifayətlənirik. Əslində belə hallarla rastlaşarkən düzgün yola çıxmaqdan ötrü dahilərin nəsihət etdikləri kimi, səbirlə seçdiyimiz cığırı təhlil etməli, qarşılaşa biləcəyimiz maneələri dəf etməyi öncədən götür-qoy etməliyik. Bu cür mürəkkəb xarakterli manevrlər etmədən düzgün  yola çıxmağa, insanla təbiət qüvvələri arasındakı ölüm-dirim mübarizəsinin qarşısını almağa çətin ki, kimsə nail ola bilsin.

Zaman keçdikcə ictimai münasibətlərin inkişafı məntiqinə zidd olan yüksək texnoloji tərəqqinin dövlətləri xalqları bir-birindən necə ayrı saldığını, onlar arasına nifaq toxumu səpdiyini daha açıq-aydın müşahidə edirik. Bu cür soyuq münasibətlər əvvəlcə şübhəyə, etibarsızlıq inamsızlığa, daha sonra isə ciddi münaqişələrə çevrilir. Əslində yüksək texnologiyalar insanların təbiətlə münasibətlərini ciddi şəkildə korlayır, onları bir-birinə qarşı qoyur.

Nəticədə beynəlxalq hüquq etik normalar ciddi dəyişikliklərə məruz qalır. Üstəlik, dünyada real müharibə münaqişə təhlükəsi getdikcə artır. Dediklərim ABŞ Milli Təhlükəsizlik Agentliyinin dünyanın ən nüfuzlu siyasi ictimai xadimlərinin, o cümlədən öz mütəffiqlərinin NATO hərbi-siyasi blokunun üzvlərinin telefon İnternet danışıqlarını dinləməsinin bütün dünya ölkələri xalqları üçün necə böyük təhlükə olduğunu isbatlamaq baxımından ən gözəl nümunədir. Mühüm bir məqamı unutmayaq ki, izlənilən İnternet telefon danışıqları zamanı ictimai siyasi xadimlər yalnız bir-birləri ilə hal-əhval tutmayıb, həm fikir, ideya gizli məlumat mübadiləsi ediblər.

Bu cür razılaşdırılmamış, sanksiyalaşdırılmamış kütləvi qapalı fikir "ovu"u istənilən mühüm ideyanın yaranması gerçəkləşməsi üçün ən böyük təhükədir. Tarixi faktlar sübut edir ki, bəşəriyyətin inkişafına təkan vermiş ən dahiyanə fikirlər bir qayda olaraq, "gözdən uzaq, könüldən iraq" bir şəraitdə meydana çıxıb. Amma müasir dövrdə min illərin sınağından çıxmış bu təcrübəni təkrarlamaq xeyli çətinləşib. Siyasətçilərin, ictimai xadimlərin, dahi alimlərin yüksək təfəkkürünün məhsulu olan ideya fikirlərin əlçatan olması dövlətlərin ictimai-siyasi həyatında baş verə biləcək mühüm dəyişikliklərin qarşısında əsl maneəyə çevrilib.

Əbəs yerə hər hansısa bir ideya axtarışına çıxmaq dünya liderlərinin diqqətini ona yönəltmək kifayət qədər təhlükəli işdir. Çünki göstərilən bütün cəhdlərə baxmayaraq, kimsə 1 ildən, yaxud da 5-10 ildən sonra baş verəcəyini öncədən proqnozlaşdırmağa cürət etmir. 

Gəlin, məsələni bir qədər dərindən araşdıraq. Əvvəlcə problemin yaranma səbəblərini gözdən keçirək. Öncə qeyd edim ki, nəzəriyyə heç həmişə təcrübədə öz isbatını tapmır. Hətta ən böyük mütəfəkkirin düşündüyü ən dahiyanə ideya belə qısa müddətdən sonra öz əhəmiyyətini itirə bilər. Bundan savayı, siyasi liderlər əbədi deyil. Onların biri gedir, digəri gəlir. Ancaq dünya dövlətlərinin xalqlarının həllolunmaz problemləri nəinki aradan qalxmır, əksinə getdikcə daha da çoxalır dərinləşir.

Amma əsas məsələ bu deyil. Ən ciddi problem heç bir aydın fikrə sahib olmayan insanın düşüncə intellektinin inkişafdan qalmasıdır. Texniki dillə desək, söhbət "online" rejimində qlobal proseslərə qoşulmaq qabiliyyəti olmayanlardan yaxud bu gün çoxları tərəfindən qəbul edilmiş qondarma mənəvi-etik dəyərlərə, məzmun faydalı mahiyyət kasadlığı ilə qarışmış hüquq normalarına uyğunlaşa bilməyənlərdən gedir.

Müasir dövrdə hamı üçün əlçatan olan sosial İnternet şəbəkələri bu məsələnin həllində heç müsbət rol oynamır. Əksinə, sosial şəbəkələr ictimai şüurdakı boşluğu adi informasiyalarla doldurur insanların xeyli vaxtını alaraq onları yaradıcı əməkdən yayındırır, intellektin inkişafını yalnız yeniləşən texnologiyanın öyrənilməsinə yönəldir.

Son 20 ildə beynəlxalq hüquq sisteminin tənəzzülü bəşəriyyəti ümumi hərc-mərcliklə üzbəüz qoyub. Həmin amil, sözsüz ki, bütün xalqların dövlətlərin həyatına mənfi təsir göstərir. Bu xoşagəlməz proses getdikcə sürətlənir. Bu gedişlə bəşəriyyət kainat üçün öz əhəmiyyətini itirə bilər. Ümumi kosmik energetikanın ayrılmaz hissəsi olan Yer kürəsi şüurlu məxluq olan insanın səhvi ucbatından öz yerini kainatın daha mühüm tərkib hissələrinə vermək məcburiyyətində qalacaq. Bu cür yerdəyişmədən ən çox əziyyət çəkən isə mütəmadi, lakin fasiləsiz şəkildə cərəyan edən mənəviyyatın tənəzzülü, mənəvi-etik ailə dəyərlərinin itirilməsi prosesini dərk etməyən zavallı insanlar olacaq. Bu gün hamının ağızdolusu ilə "dünyanın sonu", "Axirət günü" adlandırdıqları məfhum çox güman ki, Yer kürəsinə deyil, bəşəriyyətə aid anlayışdır. Artıq kimsəyə sirr deyil ki, Yerin altında üstündə yalnız insanlar deyil, bizim sayımızdan min dəfələrlə çox başqa canlılar yaşayır. Sadəcə, biz insanlardan fərqli olaraq, onların xarici əlamətlərində sözügedən həyati əhəmiyyətli elementin yoxluğu bir o qədər hiss olunmur. Əslində onların heç ideyaya ehtiyacları da yoxdur. İdeya insan təfəkkürünün, intellektinin onların idrakla qarşılıqlı əlaqəsinin məhsuludur. Amma bəzən elə ideyalar yarana bilər ki, onlar həyatımızı, dünyamızı dəyişmək qüdrətinə malik olsunlar. Kimsə inkar edə bilməz ki, bu gün bizim belə dahiyanə ideyalar sarıdan ciddi problemlərimiz var. Nədənsə son vaxtlar dünya xalqlarının yaxınlaşmasına, həmrəyliyinə tolerantlığına xidmət edən, xoş mahiyyətə malik olan ideyalar yaranmır. Bu isə öz növbəsində hazırkı real virtual aləmdə hansı nizamsızlıqların getməsindən xəbər verir. Çünki İnternet sayəsində istənilən ideya qısa müddət ərzində aşkara çıxır. Nəticədə dövlətlərin xalqların həyatında müsbət dəyişikliklər tələb edən ideyalar hazırkı situasiyadan böyük qazanc əldə edənlər üçün əsas hədəfə çevrilir həmin kəslər bundan öz məkrli niyyətləri üçün istifadə edirlər. Yaxın Şərqdə gedən vətəndaş müharibələri, Avropada əhali hakimiyyət qarşıdurmasını, Latın Amerikası ölkələrində demək olar ki, gündəlik adətə çevrilmiş küçə yürüşlərini ya heç vaxt hakimiyyət əleyhinə çıxmayan hindlilərin, banqladeşlilərin təlatümlü, dağıdıcı nümayişlərini misal çəkmək kifayətdir. Bunlar kimlərinsə intellektinin gücünü sosial şəbəkədə təcrübədən keçirmək iddiasının acı nəticələridir. Beynəlxalq hüquq sistemində islahatlara böyük ehtiyac duyanlar isə əsas yoldan kənarda qalır. Onların səsinə hay verən tapılmır. Bu insanlar yaşamaq uğrunda mübarizə aparmaqdan ötrü dünya xalqlarının dövlətlərinin məhvinə yönəlmiş beynəlxalq silah-sursat əczaçılıq korporasiya yırtıcıları ilə mübarizə aparmaq imkanından məhrumdurlar. XXI əsrin son müharibələri bu yanaşmanı bir daha təsdiqləyir. İdeya əvvəllər olduğu kimi ideya tərəfindən deyil, silah-sursat, raket bomba gücünə məhv edilir. Özü sahibi ilə birlikdə. Necə deyərlər, dünya öz əvvəlki imicini, nüfuzunu itirir. 

Proseslərin bu cür gedişatı yeni suallar doğurur: "İdeyanı necə tapmalı (əlbəttə ki, söhbət siyasi sosial ideyalardan gedir) onun bütün insanlar üçün vacib, faydalı etməli?". Yaxud da "beynəlxalq hüquq normalarının konvensiyaların iflasını ləngidən mühüm ideyaların yaranmasına mane olur?" Sözügedən ideyaların zəifləməsi bu gün Yaxın Şərqdə yerli müharibələrin baş verməsinə, Avropa, ABŞ Latın Amerikasında sosial sarsıntılara gətirib çıxarır. Bu gün dünyada elə bir region tapılmaz ki, ideya sahəsində müşahidə olunan hərc-mərclik ona öz mənfi təsirini göstərməsin.

Bəlkə elə məsələnin kökü bundadır?! Sadəcə olaraq, bir qrup ölkə dövlətlər əlbir olub bəşəriyyətin xilasına yönəlmiş ideya sahibi olan insanın çıxa biləcəyi regionları mühasirəyə alır. Necə olmasa, dünya xalqlarının imanlı hissəsi (müsəlmanlar xristianlar da daxil olmaqla təqribən 2,5 milyarddan bir qədər artıq) İsa Məsihin   İmam Mehdi Sahib-əz zamanın Yer üzündəki ədaləti bərpa etməkdən ötrü zühur edəcəklərinə bütün qəlbləri ilə inanırlar.

Maraqlıdır ki, bütün dini rəvayətlərdə dünyanı göydən kiminsə yerə enib xilas edəcəyinə dərin inam hissi aşılanır. Bizim bu yazılanlara necə yanaşmağımızdan asılı olmayaraq, onlar planetimizin sakinlərinin beyninə getdikcə daha çox nüfuz edir. Əlbəttə ki, bu, çarəsizlik, əlacsızlıq əlamətidir. Çıxılmaz vəziyyətdə qaldıqları üçün onlar vaxtsa ədalətin bərpa olunacağına az da olsa, təkan verə biləcək ən ağlasığmaz  fikirlərə, hətta xam xəyallara belə inanırlar. İnsan təfəkkürü əksər hallarda məhz misli görünməmiş ədalətsizliklər meydana çıxdığı anda böyük dəyişikliklərə məruz qalır. Zənnimcə, bunu sübut etmək üçün nümunə göstərməyə ehtiyac yoxdur.  Ədalətli dünya, bir qayda olaraq, inqilabi dəyişikliklərə məruz qalmır.

Buna baxmayaraq, yeni ideyaların doğulacağı yer zənn edilən bütün səmavi dinlərin vətəni sayılanYaxın Şərq hazırda nifrət, kin-küdurət ədavət alovunda alışıb yanır. Müharibələr yalnız kənd şəhərləri deyil, həm yerli sakinlərin qəlblərini xarabalığa döndərib. Dünya ictimaiyyətinin gözləri qarşısında insanlar yırtıcı heyvana, qaniçən qatilə,  insan əti yeyənə çevrilir. Bu gediş, necə deyərlər, o gediş deyil. Hazırda müşahidə edilən qarışıqlığın nəticəsi sonda bütün dünya üçün əsl fəlakət ola bilər.  Bəs görəsən, bu regionu hipotetik məqsədi yaxşını pisdən, doğrunu düzdən, sülhü müharibədən ayırmaq olan fövqəladə məxluqlar üçün savaş meydanına çevirən kimdir?.. Bu, geniş təxəyyülün məhsulu olan xam xəyallar, dünya sivilizasiyasının məhvinin yaxınlaşdığını hiss edən bəşər övladının yaşadığı son hisslərdir. Mən əminəm ki, Yer üzündəki bütün insanlar  missiyası dünyanı xilas etmək olan hər bir şəxsi səbirsizliklə gözləməyə, hər bir ideyanı dəstəkləməyə hazırdılar.

Artıq yaşadığımız Yer kürəsində sakit, firavan yer qalmayıb. Ətraf aləm sanki zəhərli enerji saçır. Yaxın Şərq xalqlarının üzləşdikləri bəlalardan, qanlı-qadalı müharibələrdən, başlarına gələn müsibətlərdən sonra artıq onların qəlblərindəki yaraların yerində xeyirxahlıq toxumu səpməyə səy göstərilir. Bunu istəyənlərin sayı milyonlarladır. Amma etmək olar ki, onlara yüksək səslə "Mən buradayam! Müharibəyə, ölümə son qoyun! Əcdadlarına hörmətlə yanaşan yeni nəslin yetişmə zamanı gəldi!" demələrinə imkan vermirlər.

Zənnimcə, təkcə mən yox, əksər insanlar insan təfəkkürünün, intellektinin məhsulu olan yeni ideyaların meydana gəlməsinə hədsiz şad olardılar. İntellektin gücü tükənməzdir, onu ölçə biləcək bir texnologiya hələ ki, icad edilməyib! Bu həqiqət bir çoxlarımıza həyatda təsəlli verir qəlbimizdə bəşər faciələrinin gec-tez başa çatacağı ümidi yaradır.

Əcdadlarımızın müsbət təcrübəsinin qorunması insan intellektinin gücündən onun hansı istiqamətə yönəlməsindən asılıdır. Mən buna bütün qəlbimlə inanıram!

P.S. Ədalət nisbi xarakter daşıyır. Onun tamlığını bilən, görən olub. Biz yalnız ağlımızın gücü dairəsində mümkün olan ədalətdən söhbət aça bilərik. Onun, təəssüf ki, universal formulu yoxdur.

 





25.11.2013    çap et  çap et