525.Az

Mübahisə mədəniyyəti


 

Mübahisə mədəniyyəti<b style="color:red"></b>

Məşhur filosof Diojen zəngin qudurğan bir adamla dar bir körpüdə qarşılaşmışlar. Zəngin qudurğan adam:

* Mən əsla axmaq bir adama yol vermərəm! – demiş.

Diojen kənara çəkilmiş :

* Amma mən verərəm! – demiş ...

Bizim ermənilərlə davamız Diojenin iddiası kimidir ...

“525-ci qəzet qiymətli yazıçımız Çingiz Abdullayevin Zori Balayana yazdığı cavabını ibrət diqqətlə oxuyuram. Oxuyuram, amma qarşı tərəfin bu haqlı isbat edilmiş cavablara da əsla etibar etməyəcəyini adım kimi bilirəm.

Bu yaxınlarda Haberacısı.com internet qəzetinə ermənilərlə əlaqədar bir yazı yazdım. Erməni Memarlar BirliyiHAYCARTürkiyənin Muş vilayətinə gedir orada guya sökülmüş, dağıdılımış kilsələrin daşlarının evlərin tikintisində istifadə edildiklərini təsbit edir bunuSabahqəzeti yarım səhifə xəbər fotoşəkilləriylə oxucularına çatdırır.

MənHAYCAR ermənilər haqqında təhqir yazmadım. Sadəcə bizim jurnalistlərin, ziyalıların qədər özlərindən xəbərsiz, məlumatsız, laqeyd olduqlarını yazdım. yoxsul muşlu kəndlilərin bəlkə ehtiyac səbəbindən istifadə etdikləri kilsə daşlarından xəbər vermək yerinə, İrəvan digər şəhərlərdə , hətta işğal edilmiş torpaqlarda ermənilərin məscidlərə, məzarlara, saraylara , kitablara istiqamət hücumlarını qısaca izah etdim.

Məsələn, 1606- ildə inşa edilmiş məşhur Cümə Məscidinə Rəvan qalası içindəki Rəcəb Paşa, Abbas Mirzə məscidlərinə olduğunu soruşdum. Jurnalistlərimizin başqalarının memarlıq əsərlərinə bu qədər diqqət göstərmək yerinə, öz memarlıq əsərlərimizdən bu qədər bixəbər olduqlarını izah etmələri lazım olduğunu yazdım.

Yazdığım yazını bizim jurnalistlər oxudularmı bilmirəm, amma yazının altındakı şərhlərdən ermənilərin oxuduqlarını harada erməni adı keçsə dərhal oraya diqqət kəsildiklərini anladım.Yeto adında biri suallarıma adam kimi cavab vermək yerinə mənəazəri itideyə biləcək qədər alçalır.Yenə Nadya adlı biri isə mənim yazdığım gerçəklərə qarşı heç bir cavab verə bilmədiyindən mənəgerizəkalıdeyərək küfr edir. İçlərində bir azağzı düzgünolan Araks isə ağzına gələni yazdıqdan sonra Rəvanda belə bir şeyin olub olmadığını bilmədiyini, amma araşdıracağını yazmışdır.

Təəssüf ki, bu qonşu xalq böyüklük xəstəliyinə yaxalanmışdır. Bu xəstəliyə psixoloqlar meqaloman deyirlər. Bu xəstəliyə düçar olanlar özlərini olduqlarından daha qiymətli , daha yüksək görərlər həyatları, keçmişləri haqqında məntiqsiz inanclara dayanır uydururlar.

Halbuki Qafqaz deyilən cənnət kimi bölgədə gürcülər , ermənilər , Azərbaycan türkləri digər xalqlar da sülh içində, qardaşca yaşaya bilər, zənginləşər, inkişaf edə bilərlər. Amma davamlı qonşularından torpaqlar tələb edən, uşaqlarını tarix boyu əsla olmamışBöyük Ermənistanxəyalıyla zəhərləyən hər zaman kin, intiqam duyğularını qızışdıran bu qonşumuz özünə rahat verməkdə, qonşularına ...

 





25.11.2013    çap et  çap et