525.Az

13 il əvvəl əfv olunan qadın yenidən axtarışa verilib


 

13 il əvvəl əfv olunan qadın yenidən axtarışa verilib<b style="color:red"></b>

Azərbaycanda 13 il əvvəl əfv olunan şəxs yenidən axtarışa verilib.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.
 
Məlumata görə, 1961-ci il təvəllüdlü Xalidə Salah qızı Məmmədova Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə təqsirli bilinir. İstintaqdan yayındığı üçün onun barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.
 
Qeyd edək ki, X. Məmmədova əvvəllər də məhkumluq həyatı yaşayıb.
 
O, 2000-ci ildə əfv edilib.

 





25.11.2013    çap et  çap et