525.Az

Bakı bulvarında dənizdən meyit çıxdı


 

Bakı bulvarında dənizdən meyit çıxdı<b style="color:red"></b> Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Dənizkənarı Milli Parkda dənizdə naməlum kişi meyitinin olması barədə məlumat daxil olub.

525.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb edilib. Görülən tədbirlər nəticəsində təxminən 30-35 yaşlarında naməlum kişi meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Əməliyyat saat 13:22-də başa çatıb.
 





25.11.2013    çap et  çap et