525.Az

UAGB Kiyevdə Rüstəm Kərimovu dəstəkləyir (Foto)


 

UAGB Kiyevdə Rüstəm Kərimovu dəstəkləyir<b style="color:red"> (Foto)</b>

Ukraynanın ev sahibliyi etdiyi 11-ci Uşaq Eurovision Mahnı Müsabiqəsinin finalına 4 gün qalır. Bu gündən başlayaraq şounun iştirakçıları müsabiqənin keçirildiyi “Ukrayna” konsert salonu səhnəsində ilk məşqlərini edəcəklər.

Ukrayna Azərbaycanlı  Gənclər Birliyinin Mətbuat Xidmətindən 525.az-a verilən məlumata görə, ötən gün isə müsabiqənin rəsmi açılışı və 12 ölkə təmsilçisinin çıxış ardıcıllığını müəyyənləşdirən püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticəsinə görə, ölkə təmsilçimiz 10 yaşlı Rüstəm Kərimov şou səhnəsində 2-ci çıxış edəcək.

Mərasimdə ölkə təmsilçiləri müsabiqə mahnılarını da səsləndiriblər. Rüstəm Kərimov “Mən və mənim gitaram” mahnısını ifa edib. UAGB fəalları rəsmi açılış mərasimində iştirak edərək Ukraynada yaşayan gəncləri Azərbaycan təmsilçisi Rüstəm Kərimova dəstək verməyə çağırıblar.

Qeyd edək ki,  11-ci Uşaq Eurovision Mahnı Müsabiqəsi bu il “Yaradıcı ol” şüarı altında həyata keçirilir.



 





26.11.2013    çap et  çap et