525.Az

Azərbaycan-İran teatr əlaqələri genişlənir


 

Azərbaycan-İran teatr əlaqələri genişlənir<b style="color:red"></b>

Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov İran İslam Respublikasının teatr xadimlərini Teatr idarəsinin baş müdiri Gader Aşna, baş müdirin müavini Mehdi Şafiei və Tehran Şəhər Teatrının direktoru Atabəy Naderini qəbul edib.

Görüşdə iki qonşu ölkə arasında mövcud mədəni münasibətlər, teatr əlaqələrinin mövcud durumu və gələcək perspektivləri  müzakirə olunub. Əldə olunan razılığa əsasən, iki ölkənin teatrları arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı qastrol səfərlərinin rejissor, aktyor, rəssam, həmçinin pyes mübadiləsinin həyata keçirilməsi, birgə layihələrin gerçəkləşdirilməsi planlaşdırılır.

Akademik Milli Dram Teatrında Azərbaycan-İran teatr əlaqələrinə həsr olunmuş mətbuat konfransı da keçirilib. Konfransda çıxış edən İsrafil İsrafilov, Gader Aşna, Mehdi Şafiei və Atabəy Naderi qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini vurğulayıblar və jurnalistlərə həyata keçirilməsi planlaşdırılan cari və perspektiv layihələr haqqında məlumat verib onları maraqlandıran sualları cavablandırdılar.   

Məhəbbət HACIYEVA 

 





26.11.2013    çap et  çap et