525.Az

Azərbaycan-Moldova parlamentlərarası əlaqələri müzakirə olunub


 

Azərbaycan-Moldova parlamentlərarası əlaqələri müzakirə olunub<b style="color:red"></b>

Fevralın 28-i Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun Moldova parlamentinin sədri Zinaida Qreçanıy ilə görüşü keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Moldova ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub, həmçinin ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı olaraq bir-birlərini dəstəklədikləri qeyd olunub.

Tərəflər Azərbaycan-Moldova parlamentlərarası əlaqələrinin inkişafı ilə bağlı müzakirələr aparıb. Qeyd olunub ki, Moldova parlamentinin sədri Zinaida Qreçanının Bakıya planlaşdırılan rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə təkan verəcək.

 





29.02.2020    çap et  çap et