525.Az

Azərbaycandan İrana uçuşlar dayandırılır


 

Azərbaycandan İrana uçuşlar dayandırılır<b style="color:red"></b>

Mövcud epidemioloji vəziyyət ilə əlaqədar Azərbaycandan İrana uçuşları dayandırır.

"APA-Economics"in “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) yaydığı məlumata istinadən xəbər verir ki, bu gün axşam "Buta Airways" aviaşirkəti İmam Xomeyni adına Hava limanından sərnişinsiz qayıdaraq Bakı-Tehran istiqaməti üzrə son J2-9005 nömrəli reysini yerinə yetirəcək.

Həmçinin "İran Air" aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşları dayandıracaq.

 





29.02.2020    çap et  çap et