525.Az

Prezident Administrasiyasının nümayəndəsi partiya sədrləri ilə görüşüb


 

Prezident Administrasiyasının nümayəndəsi partiya sədrləri ilə görüşüb<b style="color:red"></b>

Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, REAL Partiyasının sədri İlqar Məmmədov, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Yaşıllar Hərəkatının rəhbəri Ceyhun Osmanlı, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə görüşüb.

APA-nın məlumatına görə, partiya sədrləri bu barədə Facebook səhifələrində məlumat paylaşıblar.

Partiya sədrləri görüş zamanı siyasi partiyalar və dövlət münasibətləri, siyasi partiyalar və parlament fəaliyyəti və s. ətrafında səmərəli və işgüzar söhbət apardıqlarını qeyd ediblər.

 





29.02.2020    çap et  çap et