525.Az

ETSN: Sabahdan ölkə ərazisində hava şəraiti mülayimləşəcək


 

ETSN: Sabahdan ölkə ərazisində hava şəraiti mülayimləşəcək<b style="color:red"></b>

“Bu gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək, yağış yağacaq”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.  Onun sözlərinə görə, bölgələrdə də qeyri-sabit hava şəraiti müşahidə olunacaq, yağış yağacaq.

“Dağlıq ərazilərdə qar yağacaq. Sabah səhər saatlarından ölkə ərzisində hava şəraiti  mülayimləşəcək. Dəyişkən buludlu, əsasən yağmursuz olacaq”,-deyə o əlavə edib.

 





02.03.2020    çap et  çap et