525.Az

Emin "Dünyanın ən yaxşı kişi müğənnisi" ola bilər


 

Emin "Dünyanın ən yaxşı kişi müğənnisi" ola bilər<b style="color:red"></b>

Bəstəkar-müğənni Emin Ağalarov “World Music Awards”ın ("Dünya musiqi mükafatı") namizədləri sırasına daxil olub.

Axşam.az-ın “1news.az” saytına istinadən verdiyi məlumata görə, Emin burada “Ən yaxşı kişi müğənni”, “Ən yaxşı canlı konsert” və “Ən yaxşı estrada müğənnisi” nominasiyaları uğrunda mübarizə aparacaq. İndiyədək bu nominasiyalara dünyanın məşhur simaları Pol Makkartni, Stinq, PSY, Robbi Uilyams, Enrike İqlesias və başqaları sahib olub. Namizədlər arasında rus estradasının tanınmış müğənniləri Timati, Dima Bilan və Filipp Kirkorov da yer alıb.

Qeyd edək ki, “World Music Awards” 1989-cu ildən bəri hər il keçirilən beynəlxalq musiqi mükafatlandırılmasıdır. Burada dünyanın 160 ölkəsindən tanınmış simalar iştirak edir.

 





27.11.2013    çap et  çap et