525.Az

Azərbaycan Çin və Cənubi Koreyada keçiriləcək sərgilərdə iştirak edəcək


 

Azərbaycan Çin və Cənubi Koreyada keçiriləcək sərgilərdə iştirak edəcək<b style="color:red"></b>

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) bu il Cənubi Koreyada keçiriləcək sərgidə iştirak etməyi planlaşdırır.

"APA-Economics"in məlumatına görə, bunu Azpromo-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev Fondun 2019-cu ildəki fəaliyyətinə və "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ilin sonunadək həmçinin Fransa, Rusiya və Çində keçiriləcək sərgilərdə də iştirak nəzərdə tutulur.

Y. Abdullayev onu da qeyd edib ki, bu yaxınlarda Qazaxıstanda Azərbaycan Ticarət Evinin rəsmi açılışı gözlənir.

 

 





02.03.2020    çap et  çap et