525.Az

Nazirlik: Təhsil müəssisələrinin bağlanması ilə bağlı qərar yoxdur


 

Nazirlik: Təhsil müəssisələrinin bağlanması ilə bağlı qərar yoxdur<b style="color:red"></b>

"Bu günlərdə ən çox müzakirə olunan məsələ təhsil müəssisələrinin bağlanması məsələsidir. Bütün təhsil müəssisələrinin bağlanması ilə bağlı qərar yoxdur".

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov koronavirus təhlükəsi səbəbindən məktəblərin bağlanması ehtimalı ilə bağlı bildirib.

Onun sözlərinə görə, bununla bağlı hər hansı qərar və ya müvafiq tapşırıq olarsa, məlumat veriləcək.

 





02.03.2020    çap et  çap et