525.Az

SOCAR Belarusa martda iki tanker neft göndərəcək


 

SOCAR Belarusa martda iki tanker neft göndərəcək<b style="color:red"></b>

SOCAR bu ilin martın 5-6-da Türkiyənin Ceyhan limanından Belarus üçün bir tanker neft göndərəcək.

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, razılaşmanın şərtlərinə əsasən, 85 min ton həcmdə neft Odessaya çatdırılacaq.

Xatırladaq ki, öncə SOCAR tərəfindən Belarusun "Belneftexim" konserni üçün bir 85 min həcmində tanker neftin "Supsa" limanından göndərilməsi barədə razılıq əldə edilmişdi.

Ümumilikdə, mart ayında SOCAR Belarus tərəfinə ümumi həcmi 170 min ton iki tanker neft göndərəcək.

 





02.03.2020    çap et  çap et