525.Az

Nazirlik: "Rus bölməsi üzrə 11 ibtidai sinif müəlliminə ehtiyac var"


 

Nazirlik: "Rus bölməsi üzrə 11 ibtidai sinif müəlliminə ehtiyac var"<b style="color:red"></b>

"Statistikaya əsasən, rus bölməsi üzrə respublikada 11 ibtidai sinif müəlliminə ehtiyac var".

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirmə sektorunun məsləhətçisi Elçin Kərimov bildirib.

Onun sözlərinə görə, bu say Abşeron və Saatlı rayonlarında üstünlük təşkil edir:

"Həmin yerlər yerli təhsil idarəetmə orqanları tərəfindən vakant yer kimi təqdim edilib. Hesab edirik ki, müəllimlərin işə qəbulu müsabiqəsində həmin vakant yerlər dolacaq".

 





02.03.2020    çap et  çap et