525.Az

“Suriyalı qaçqınlara Avropanın qapılarını açan kimi zəng zəng dalınca gəlir”


 

“Suriyalı qaçqınlara Avropanın qapılarını açan kimi zəng zəng dalınca gəlir”<b style="color:red"></b>

“Bir neçə ay əvvəl şərtlərimiz qəbul olunmasa, suriyalı qaçqınlara Avropanın qapılarını açarıq demişdik. Düşündülər ki, blef edirik. Qapılar açılan kimi zəng zəng dalınca gəlir”.

APA-nın "Hürriyət"ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bizə qapıları bağlayın deyirlər. Bu məsələ bitdi dedik. Artıq qapılar açılıb. Sizlər də bu yükü götürəcəksiniz. Bu axşam Bolqarıstan Baş Naziri ilə görüşəcəyəm. Eyni zamanda Angel Merkellə telefon danışığım olacaq”, - deyə Ərdoğan vurğulayıb.

 





02.03.2020    çap et  çap et