525.Az

Ermənistan: riyakar siyasətin nəticələri


 

Əsas nədir: geosiyasi ambisiyalar, yaxud qarşılıqlı faydalı əməkdaşlıq?

Ermənistan: riyakar siyasətin nəticələri<b style="color:red"></b>

Son vaxtlar keçmiş sovet respublikalarından bəzilərinin geosiyasi mövqelərini kəskin dəyişməsi bir sıra suallar doğurub. Qlobal və regional miqyasda gedən proseslərin xarakteri üzərində bir daha düşünmək lazım gəlir. Bu zaman üzərində ciddi düşünüləsi geosiyasi xarakterli suallar meydana çıxır.

Tərəddüdlü xarici siyasət: geosiyasi risk mənbəyi

Keçən əsrin 90-cı illərində dünya geosiyasi aspektdə ikiqütblülükdən birqütblülüyə keçəndə müəyyən nikbinlik yaranmışdı. Doğrudur, bu dəyişikliyin əsas səbəbləri haqqında tam aydın təsəvvür olmasa da, bəşəriyyət dövlətlərarası münasibətlərdə müsbət istiqamətdə ciddi dəyişikliklərin mümkünlüyünə inanırdı. Görünür, dünyanın iki ən böyük geosiyasi gücü – ABŞ və SSRİ arasında uzun illər özünü göstərmiş qarşıdurmanın gərginliyi psixoloji yorğunluğa səbəb olmuşdu. Hər bir halda, qlobal miqyasda baş verən həmin dəyişikliyin faydalı olacağı gözlənilirdi.

Onu demək olar ki, ilk vaxtlar analitik və ekspertlər şərti olaraq "çoxqütblülük" adlanan geosiyasi modelə keçiddən də danışırdılar. Bu isə dünyanın bir neçə ölkəsinin aparıcı rol oynamasını nəzərdə tuturdu. Lakin reallıqda birqütblülük qalib gəldi. İndi birqütblü dünyanın hökm sürdüyü iki onillikdən sonra qlobal miqyasda geosiyasi münasibətlərdə hansı proseslər diqqəti cəlb edir? Belə təəssürat yaranır ki, ikiqütblü dünyanın dağılmasına gətirən səbəblər, ölkə və xalqlara xoşbəxtlik gətirmək üçün yox, geosiyasi ambisiya və ya planları həyata keçirmək üçün baş verib. Bu gün dünyadakı durum həmin tezisin çox gözəl təzahürüdür.

Konkret misallar üzərində dayanmaqla hazırda mövcud olan geosiyasi mənzərəni təsəvvür etmək olar. Burada iki aspektdə məsələyə yanaşmağın səmərəli olduğunu düşünürük. Birincisi, bəzi ölkələr üçün əsas nədir: geosiyasi ambisiyalar, yoxsa qarşılıqlı surətdə faydalı əməkdaşlıq? İkincisi, dövlətlərarası əlaqələrdə başlıca meyar olaraq nə götürülür – reallığa dayanan siyasi münasibətlər, yoxsa sadəcə siyasi oyunlar?

Ermənistanın son 20 ildə dövlət olaraq yeritdiyi siyasətə qısaca nəzər salmaqla bu suallara cavab tapmaq mümkündür. Ümumi mənzərə belədir ki, bu ölkə sanki bir neçə ildir ki, Avropa ilə Rusiya arasında rəqs edir. Birinin qucağından çıxıb digərinin qucağına atılır. Rəsmi İrəvanın apardığı siyasi kursun timsalında bunu daha qabarıq görmək olar.

Amma qəribədir ki, Ermənistanın bu cür addımları Rusiya və Avropa tərəfindən bəyənilir. Yəni hər iki istiqamətdə onlar qəbul edilir. Bəlkə, tez-tez dəyişən mövqe bəziləri üçün qlobal miqyasda birqütblü dünyanın siyasi meyarıdır? Ola bilər. Bununla yanaşı, tarix boyu müstəqil və ədalətli siyasətə söykənən dövlətlər də olub. Görünür, Ermənistan kimi forpost ölkələrə məhz qədim peşənin sahiblərinin davranışı daha sərfəlidir.

İrəvan özünü elə göstərir ki, guya münasibətləri siyasi müstəvidə qurur. Moskva ilə əlaqədar bütün hərəkətlərində bunu nümayiş etdirməyə çalışır. Məsələn, keçən əsrin 90-cı illərində ermənilər Azərbaycana qarşı təcavüzkar siyasəti havadarlarının böyük yardımı ilə aparırdı, ancaq bütün bunları guya yalnız təkbaşına həyata keçirdiyi görüntüsü yaratmağa çalışırdı. O zaman Ermənistan MDB-yə dərhal üzv oldu. Avropa İttifaqı ilə inteqrasiya etmək onun yadına belə düşmürdü. Kremlin hər bir göstərişinə müticəsinə əməl edən erməni rəhbərliyi dövlətin gələcəyini Rusiyasız təsəvvür etmədiklərini hər fürsətdə bildirirdilər.

Onu da qeyd etmək lazımdır ki, o dövrdə Ermənistan diaspor vasitəsi ilə Qərblə də siyasi oyun aparırdı. Həmin istiqamətdə, adətən, qondarma "soyqırımı" və Azərbaycana qarşı təcavüzkarlığı dini mənsubiyyətlə əsaslandırmaq başlıca arqument olaraq istifadə edilirdi. Ermənilər avropalıları inandırmağa çalışırdılar ki, azərbaycanlılar müsəlman fundamentalizminə düçar olublar, xristianlara qarşı dözümsüzdürlər, aqressiv siyasət yeridirlər, etnik təmizləmə siyasəti aparırlar və s.

Bu qondarma ittihamlara dayanan süni siyasi-ideoloji fəaliyyət müəyyən müddətə keçərli oldu. Açığı, Qərbin özü həqiqəti yaxşı başa düşürdü, lakin ikili standart gerçəkliyi bunu qəbul etməyə mane olurdu. Özlüyündə isə dünyanın ciddi siyasi dairələri gözəl anlayırdılar ki, Ermənistan faktiki olaraq "iki qucaqda" oturub.

Ermənistan: riyakar siyasətin nəticələri

Vəziyyətin bu aspekti son illər özünü tam büruzə verdi. Qlobal və regional miqyasda cərəyan edən geosiyasi proseslər Cənubi Qafqazın hər bir dövlətindən birmənalı seçim tələbini qarşıya qoyanda, ermənilərin maskası yırtıldı. Onlar Moskvanın üzünə gülməklə Avropa İttifaqı və NATO ilə əməkdaşlığı inkişaf etdirmək fikrinə düşdülər. Bunun apogeyi Aİ-yə assosiativ üzvlük məsələsi kəskinləşəndə özünü göstərdi. Kreml İrəvana elə təpindi və hədələdi ki, Ermənistan siyasi analitikasının "3 sentyabr fəlakəti" adlandırdığı hadisə baş verdi. Prezident S.Sarkisyan həmin gün Gömrük İttifaqına üzv olmaq istədiklərini bəyan etdi.

Avropa bundan sözün həqiqi mənasında şoka düşdü. Bir neçə il idi ki, Aİ Ermənistanın səmimi əməkdaşlıq etdiyini düşünürdü. Ancaq İrəvan növbəti dəfə bütün dünyaya riyakar siyasət apardığını nümayiş etdirdi. Sual yaranır: öz ölkəsinin və xalqının gələcəyini düşünən ciddi siyasətçilər belə etməlidirlərmi? Ədalət hissi, vicdanı və peşəkar siyasi düşüncəsi olanlar üçün, əlbəttə, bu mümkün deyil! Azərbaycan rəhbərliyinin yeritdiyi xarici siyasət kursunun məzmun və mahiyyəti bunun çox gözəl nümunəsidir. Deməli, erməni siyasətçilərini ciddi insanlar kimi qəbul etmək yanlışlıqdır.

Məhz rəsmi İrəvanın tərəddüdlü davranışları böyük bir məkanda geosiyasi qeyri-müəyyənliyi daha da artırdı. İndi dünyanın böyük dövlətləri arasında münasibətlər həmin səbəbdən xeyli gərginləşib. Onlar öz maraqlarını həyata keçirmək istiqamətində sərt addımlar belə ata bilərlər. Həmin kontekstdə bir məqamı da vurğulamağa ehtiyac görürük.

Ukrayna rəhbərliyinin yeritdiyi xarici siyasət də rəsmi Kiyevin siyasi oyunlar apardığından xəbər verir. Belə ki, lap son günlərə qədər Avropa İttifaqına assosiativ üzvlüyə can atdığını bəyan edən ölkə rəhbərliyi, qəfil mövqeyini dəyişdi. İndi Rusiya faktoruna daha çox önəm verməyin Ukrayna dövlətinin maraqlarına daha uyğun olduğundan danışılır. Maraqlıdır ki, cəmi bir neçə gün əvvələ qədər tamamilə bunun əksi səsləndirilirdi. Amma sabah Ukraynanın hansı tərəfə istiqamət götürəcəyini proqnozlaşdırmaq çətindir.

Dünya və Ukrayna KİV-lərində yayılan informasiyalara görə, bu dəyişiklikdə real geosiyasi faktorlardan çox, siyasi maraqlar rol oynayıb. Lakin bu kimi addımlar müstəqil dövləti hara apara bilər? Şübhəsiz, xalqın və ölkənin taleyi ilə oynayanların taleyinin necə olacağını gələcək zaman göstərəcək.

Görünür, burada qlobal miqyasda müşahidə edilən bir məqamı da nəzərə almaq lazım gəlir. Söhbət birqütblü dünyada, yuxarıda xatırlatdığımız kimi, ikili standartın geniş yayılmasından gedir. Qərb dövlətləri bu mövqelərindən hələ də əl çəkməyiblər. Onlar Ermənistanı nəyin bahasına olursa olsun dəstəkləyəndə, müsəlman ölkələrin inkişafına isə qısqanclıqla yanaşanda məhz bunun "geosiyasi bəhrələrini" görməli olurlar.

Görəsən, kiçik xristian dövlətlərinin başına sığal çəkib, onların hər şıltaqlığını "anlamağa" çalışanlar dünyanın gələcəyini neçə görürlər? Bunların fonunda Azərbaycan 1993-cü ildən başlayaraq qətiyyətli və dayanıqlı siyasət yeritdiyini sübut etdi. Bakı bütün sahələrdə uğurlu və müstəqil siyasət aparmaqda davam edir.

Newtimes.az

 





27.11.2013    çap et  çap et