525.Az

Aİ rəhbərliyi Yunanıstan-Türkiyə sərhədində


 

Aİ rəhbərliyi Yunanıstan-Türkiyə sərhədində <b style="color:red"></b>

Avropa İttifaqının (Aİ) rəhbərliyi Yunanıstan-Türkiyə sərhədinə səfər edib.

APA-nın xəbərinə görə bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bu barədə "Twitter"də bildirib.

“Avropanın sərhədlərindəki vəziyyəti müşahidə etmək üçün Yunanıstanın Baş Naziri ilə Orestiadanı ziyarət etdik. Biz Yunanıstanın səylərini dəstəkləyirik. Beynəlxalq hüquqa, insan hüquqlarına hörmət edərək sərhədləri qorumaq vacibdir”, - deyə o qeyd edib.

Ş. Mişellə birlikdə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen, Avropa Parlamentinin prezidenti David Sassoli və Xorvatiya Baş Naziri Andrey Plenkoviç də Yunanıstan-Türkiyə sərhədinə gedib.

 





03.03.2020    çap et  çap et