525.Az

Səfir Elxan Poluxov bir sıra görüşlər keçirib


 

Səfir Elxan Poluxov bir sıra görüşlər keçirib<b style="color:red"></b>

Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxovun Qoyas ştatının vitse qubernatoru Lincoln Tejota, Vitse Qubernatorluğun mədəniyyət, iqtisadiyyat və sosial sahəsində fəaliyyət göstərən idarələrinin rəhbərləri və yerli iş adamları ilə görüşü keçirilib.

Görüş zamanı E.Poluxov Azərbaycanın iqtisadi potensialı, ölkədəki münbit siyasi vəziyyət, ikitərəfli əlaqələr, eləcədə Braziliya Milli Konqresində Senatın Vitse prezidenti Antonio Anastasiyanın rəhbərlik etdiyi nümayəndə heyyətinin Azərbaycana səfəri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib və tərəflər əlaqələrin daha da dərinləşdirilməsinə dair qərar qəbul ediblər.

Eyni gündə, səfir Qoyaniya şəhərinin meri İris Rezende ilə görüşüb.

Görüş zamanı, təhsil, mədəniyyət və iqtisadi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Şəhər merinə ölkəmizdə keçirilən müxtəlif idman, mədəniyyət, sosial və sair sahələrdəki tədbirlər haqqında məlumat verilib.

Səsləndirilən fikirlər qarşı tərəfin böyük marağına səbəb olub və tərəflər əlaqələrin daha da genişləndirilməsi üçün potensialın olduğunu qeyd ediblər.

 





03.03.2020    çap et  çap et