525.Az

Azərbaycan romanının 120 ilinə geniş bir nəzər


 

Azərbaycan romanının 120 ilinə geniş bir nəzər<b style="color:red"></b>

Filologiya elmləri doktoru 

Filologiya elmləri namizədi Nəzmiyyə Axundovanın "Azərbaycan romanı - 120 il" monoqrafiyası adından göründüyü kimi, 120 il ərzində janrın keçdiyi təkamül yolundan, onun üslubi cəhətdən zənginləşərək qazandığı özəlliklərdən bəhs edir. Monoqrafiya müəllifi romanın yuxarıda qeyd edilən keyfiyyət dəyişikliklərini tarixi planda nəzərdən keçirməklə diqqətini daha çox janrın poetik sistemində baş verən təkamül xüsusiyyətlərinə yönəldir. Vaxtilə fransız yazıçısı Gi Mopasan da romanlarından birinə yazdığı ön sözdə ("roman haqqında") sözünə belə başlayırdı: roman nədir? Bundan sonra məşhur yazıçı janrın Servantesdən 19-cu əsrə qədər keçdiyi yola qısa nəzər salır, ən məşhur romanların adlarını sadalayır bir daha o sualı təkrar edirdi təsdiq edirdi ki, janrın bu nümunələri arasında bir elə sabit uyğunluqlar yoxdur, bu, məşhur əsərlərə söykənərək roman janrı haqqında sabit bir fikrə gəlməyə kifayət etmir.

XX əsrdə böyük filosof ədəbiyyatşünas Baxtin sanki bu sorğunun davamı olaraq romanın janr etibarı ilə hələ tam formalaşmadığına diqqəti çəkirdi. Onun fikrincə,  romanın janr kimi öyrənilməsi xüsusi çətinliklərlə səciyyələnir. Müəllifin rəyincə bu cəhət, obyektin özünün özəllikləri ilə şərtlənir: roman hələ formalaşma prosesi bitməmiş yeganə janrdır. Janr yaradıcı güclər bizim gözlərimizin qarşısında təsir göstərir, başqa sözlə, roman janrının yaranması formalaşması bizim gözümüz qarşısında baş verir. Romanın bel sütunu hələ ki bərkiməyib buna görə biz onun bütün plastik imkanlarını təsəvvürümüzə gətirə bilərik. Yəni, formanın özü hələ qəlib halına düşməyib. Böyük tənqid  ustasının başqa bir fikri daha önəmlidir: nəzərdən keçirilən dövrün kontekstində janrların qarşılıqlı təsiri problemi maraq doğurur. Bütün dövrlərdə janrlar harmonik şəkildə biri-digərini tamamlayır bütün ədəbiyyat janrların məcmusu kimi hardasa üzvü tamı xatırldaır. Ancaq maraqlıdır: roman heç zaman bu üzvi tamın tərkibinə daxil olmayıb, heç zaman janrların harmoniyasında iştirak etməyib. Bir janr kimi romanın stilistik baxımdan öyrənilməsi tarixi heç qədim deyildir. XVII XVIII əsrin klassisizmi romanı müstəqil poetik janr hesab etmirdi onu qarışıq ritorik janrlara aid edirdi. Roman janrının ilk nəzəriyyəçiləri - Yue ("Romanın mənşəyi haqqında" 1670), Viland, Blankenburq romantiklər (Fridrix Şleqel, Novalis) romanla bağlı stilistik problemlərə toxunmurdular. XIX əsrin ikinci yarısında roman janrına maraq intensivləşdi (kompozisiya teamitika), üslub problemi yenə kadr arxasında qalırdı prinsipsiz şəkildə şərh edilirdi. Hər bir janrın üslubi spesifikası öyrənilməyincə onun haqqında dolğun söz demək mümkün olmur. Belə bir məqam roman janrı üçün keçən əsrin 20-ci illərindən etibarən başlandı. Janrın (romanın) poetik funksiya kimi götürülməsi daha sonraların hadisəsidir, belə ki, ispan filosofu Orteqa-i-Qasset "Roman haqqında traktat" (yaxud "Don Kixot" haqqında düşüncələr) əsərində əsərin bədii sistemində forma ilə məzmunun vəhdətindən, ancaq bu iki elementin fərqli anlayışlar olduğundan bəhs edir, filosof bu fikrini Floberin məşhur metaforasına əsaslanaraq izah edir: "...bununla belə mən ədəbi janrlar haqqında tam fərqli düşünürəm. Bütün bunlara baxmayaraq forma ilə məzmun arasında fərqi göz önündə saxlamaq lazımdır. Flober deyirdi: forma məzmundan hərarət alovdan ayrılan kimi çıxır. Dəqiq metaforadır. Daha konkret söyləməli olsaq, forma orqandır, məzmun isə onu yaradan nəsnədir. Başqa sözlə, ədəbi janrlar poetik funksiyalardır, yaradıcılığın inkişaf etdiyi istiqamətlərdir. Formada niyyət kimi olan nəsnə məzmunda əyaniləşmiş şəkildə nəzərə çarpır, bir sözlə forma məzmun eyni şeyin iki fərqli məqamıdır".

Göründüyü kimi, janr inkişaf etdikcə onunla bağlı araşdırmaların da səviyyəsi, çeşidi tipologiyası müxtəlifləşir.  Haqqında bəhs etdiyimiz kitabda da ədəbi janr (roman janrı) məhz bu təkamül məqamı nəzərə alınmaqla təhlil edilib. 

Azərbaycan romanının tarixi bu gününün təhlil edildiyi monoqrafiya 6 fəsildən ibarətdir, bu fəsillərdə ilk Azərbaycan romanları, onların mənşəyi, janrın spesifikası, qaynaqları, sovet romanları, onların üslubi tipologiyası, Azərbaycan romanında yeni mərhələ, roman mövzusunun aktuallaşması, ədəbi janr müasirlik diskussiyaları, müstəqillik dövrünün romanları, "yeni roman" axtarışları nəhayət Azərbaycan romanlarının janr təsnifatı öyrənilir.

Monoqrafiya müəllifi janrın təkamülündən inkişaf perspektivlərindən bəhs edərkən rus tənqidçisi Belinskinin bir az həyəcanlandırıcı ricətinə müraciət edir: roman yaranışı ilə hər şeyi öldürdü, hər şeyi uddu. Məşhur münəqqidin sözlərindəki həyəcan dozasını bir az azaltmaqla, onu "roman hər şeyi əvəz etdi" kimi anlamaq daha düzgün olardı. Ancaq illər keçdikcə Belinskinin başqa məmləkətlərdəki davamçıları janr haqqında tam əks bəyanatlar dilə gətirməyə başladılar. Roman oxunmur, roman öldü sair ilaxır. Bu fikri deməkdən məqsədimiz odur ki, janr tənqidçilərin proqnozu ilə yox, hər şeydən öncə öz qanunauyğunluqları ilə yaşayır. Rus filosofu Baxtinin "alternativ ədəbiyyatşünaslıq" anlayışında, fikir vermisinizsə, roman tam fərqli cəhətləri ilə təhlil edilir. Dostoyevski Baxtinə qədər ondan sonra dəfələrlə araşdırıldı, ancaq bu filosofun tapdığı Dostoyevski tam fərqli hadisədir. Yaxud Ziqmund Freydin bəhs etdiyi Dostoyevski tam fərqli bir hadisədir. Hətta Freydin özünün yaradıcılığına təsir etmiş bir kateqoriyadır. Burda bir mühüm cəhəti önə çəkmək laızmdır: ədəbiyyatşünaslıqda alternativlik ümumişlək xarakterə malik deyil, onun anlayış kateqoriyalar sistemini istədiyin söz ustasına necə gəldi tətbiq etmək düzgün deyildir. Ancaq bizim bəzi ədəbiyyatşünaslarımız Baxtinin Dostoyevski ilə bağlı önə çıxardığı "polifoniya, polifonizm" terminini bu funksiyanın olmadığı əsərlərə tətbiq etməkdən çəkinmirlər. bu funksiyanın olmaması konkret əsərdə heç "keyfiyyət itkisi" anlamına gəlmir. Söz açılmışkən, belə bir cəhətin üzərinə vurğu salmaq lazımdır: bizdə nədənsə iki hadisə: postmodernizm sufizm intensiv şəkildə bir az da həyəcanla "araşdırılır". Halbuki milli ədəbiyyatşünaslığın öyrəniləsi problemləri həllini gözləməkdədir. Bu araşdırmalar təhlil etmək, öyrənməkdən çox "sufizmi, postmodernizmi yaratmaq (doğmaq-!)" vurğusu ilə fərqlənir. Başqa bir cəhət: orta əsrlər poetikasını bilməyənlər (söhbət təkcə məlum-məşhur poetik fiqurlardan getmir) məsələn, Füzulini elə "öyrənirlər" ki, sən onu görmürsən, tədqiqat mətnlə, onda lava kimi yatan informasiya ilə əlaqəsiz təsir bağışlayır. Məsələn, müasir şeirdən sicilləmə qəlibində qədər nümunələr var, ancaq bayatı janrı, onun poetik sistemi haqqında məhz bayatıya uyğun əsər yoxdur (olsaydı, bayatıdakı, məsələn, əşya dilindən bəhs edilərdi...)

Tədqiqatçı (monoqrafiyanın müəllifi) fikrimizcə, daha çox bədii mətndəki dillərin oxunması, anlaşılması problemini çözməyə çalışır.  Romanın, monoqrafiya müəllifinin fikri ilə ifadə etməli olsaq "nəsrin fəlsəfəsinin" dünyanı gerçəkliyi öz içinə yığıb onu bütün elmlərdən, həyata baxış prinsiplərindən fərqli şəkildə dəyərləndirməsi təqdim edilən kitabda, deyək ki, İsa Hüseynovun "Məşhər" romanın timsalında mükəmməl şəkildə izah edilib. Fikrimizcə, janrın bu formada, belə bir nöqtədən dəyərləndirilməsi əsas vurğunun bu özəlliyin üzərinə salınması mühüm metodoloji cəhətdir. Əks təqdirdə, yəni izah üçün açar tapılmadan onun janrın əhatə dairəsi, spesifikası problematikası, habelə poetik sistemi haqqında mülahizələr xeyli ixtiyari şərti xarakterə malik olardı.  Monoqrafiyada xatırlanan "...ictimai inkişafın özü janrın müəllifinə çevrilir" ideyası (Yaşar Qarayev) konkret nümunələr əsasında açılır, ideya müəllifinin obrazlı şəkildə ifadə etdiyi məqam təhlillərdə yeni-yeni çalarla zənginləşir. Ümumiyyətlə bu monoqrafiyada milli ədəbiyyatşünaslıqda məlum janrlar haqqında səsləndirilən fikirlər ya dolğun ideya formasına salınır, ya da yeni mülahizə aspektlərlə zənginləşdirilərək tam elmi formada ifadə edilir.

Monoqrafiyanın ideya kompozisiya prinsipləri ciddi şəkildə nəzərə alınmaqla yığcamlığı, bu ya digər məsələ ya mübahisəli məsələ haqqında apriori fikirlərdən yayınması onları ətraflı şəkildə incələməsi hesabına münasibətin dəqiq şəkildə formalaşdırılması ... onu son zamanlar qələmə alınan tədqiqatlardan fərqləndirir.

 





27.11.2013    çap et  çap et