525.Az

Türkiyə parlamentində 6 saatlıq qapalı iclas keçirilib


 

Türkiyə parlamentində 6 saatlıq qapalı iclas keçirilib<b style="color:red"></b>

Türkiyə Böyük Millət Məclisində Türkiyə Xarici İşlər və Müdafiə nazirlərinin iştirakı ilə keçirilən qapalı iclas sona çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, yerli vaxtla saat 15:00-da başlayan iclas 6 saat çəkib. Nazirlər iclasda Türkiyə Silahlı Qüvvələrinin “Bahar qalxanı” əməliyyatı və İdlibdə baş verən son hadisələr haqqında parlamenti məlumatlandırıblar.

Qeyd edək ki, iclasın protokolları 10 il müddətinə qapalı qalacaq.

 





03.03.2020    çap et  çap et