525.Az

İnqilab Nadirlinin yaradıcılıq gecəsi keçirilib


 

İnqilab Nadirlinin yaradıcılıq gecəsi keçirilib<b style="color:red"></b>

Bu günlərdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında, tanınmış ictimai xadim şair-publisist İnqilab Nadirlinin yaradıcılığına həsr olunmuş tədbir təşkil edilib. Qeyd edək ki, İnqilab Nadirli 25 aprel 1940- il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olub. 1961-ci ildə indiki Gəncə Dövlət Pedaqoji Universitetinin Fizika riyaziyyat fakultəsini, 1966- ildə Moskva Ali Komsomol, 1976- ildə isə Moskva Ali Partiya məktəblərinin əsas şöbələrini bitirib. İdarəçilik sahəsində mühüm vəzifələrdə çalışmış İ.Nadirli  iki elmi monoqrafiyanın, on elmi məqalənin müəllifidir. Onun elmi əsərlərindən ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunur onlar xarici dillərdə çap edilib. Fəaliyyəti ilə əlaqədar üç sənədli film - "Binəqədi", "Böyük Şor" "Canlanan torpaq" çəkilib. İ.Nadirli poeziya dramaturgiyada, həmçinin publisistikada qələmini sınayıb.  "Sınaq", "Yol ayrıcında" mənzum pyeslərinin, "Həyat bir sınaqdır", "Nəvələrə ərməğan", "Mugamlı dünyam"  şeirlər kitablarının müəllifidir. Onun "Nəvələrə ərməğan (aforizmlər nəsihətlər)" kitabı azərbaycanca, rus ingilis dillərində nəşr olunub. "Sınaq" mənzum pyesi "Azərbaycan Dramaturgiyası Antologiyası"na daxil edilib. "Nəvələrə ərməğan" "Sınaq" Türkiyədə çapdan çıxıb. O, "Tarixə qovuşan illərim" publisistik kitabına görə mükafatlara layiq görülüb. Bir çox şeirlərinə mahnılar bəstələnib.

Tədbirdə görkəmli həkim ictimai xadim Ədilə Namazova, professor Nizami Cəfərov, Xalq artisti Əlibaba Məmmədov başqaları iştirak ediblər. Mərasimin aparıcısı - ədəbiyyatşünas Asif Rüstəmli İnqilab Nadirlinin həyat fəaliyyəti, əsərləri barədə danışıb. Çıxışlarda İ.Nadirlinin yüksək insani keyfiyyətlərə malik olduğu, sənətə, sözə bağlılığı xüsusi vurğulanıb.

Bədii hissədə xanəndələrdən Sevinc Sarıyeva, Ehtiram Hüseynov digərləri çıxış ediblər.

Vəfa MƏMMƏDLİ

 





27.11.2013    çap et  çap et