525.Az

Müdafiə naziri ön xətdə xidmət edən hərbi qulluqçularla görüşüb - Video


 

Müdafiə naziri ön xətdə xidmət edən hərbi qulluqçularla görüşüb - <b style="color:red"> Video </b> Genişmiqyaslı komanda-qərargah təlimləri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yaradılmasının ildönümü qeyd edilən cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birinin ön xətt bölmələrində olublar.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayan Müdafiə naziri Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.
Sonda ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib və onlarla çay süfrəsi arxasında  söhbət aparılıb.



 





04.03.2020    çap et  çap et