525.Az

Avropa İttifaqı Şurasının Prezidenti bu gün Türkiyəyə gəlir


 

Avropa İttifaqı Şurasının Prezidenti bu gün Türkiyəyə gəlir<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel bu gün Türkiyəyə səfər edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Bildirilib ki, səfər zamanı Ş. Mişel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Görüşdə Türkiyə-Avropa İttifaqı münasibətləri, İdlibdə baş verən hadisələr müzakirə olunacaq.

 

 





04.03.2020    çap et  çap et