Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell ilə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.
Nazir bildirib ki, görüş zamanı Avropa İttifaqının Türkiyəyə verdiyi vədləri yerinə yetirmədiyini C. Borrellin diqqətinə çatdırıb.
çap et