Azərbaycan Texnologiya Universitetinin tələbələr üçün nəzərdə tutulan avtobus, akt zalları, auditoriyalar, laboratoriyalar, təlim mərkəzləri, dərs və iş otaqları, sanitar qovşaqlar, zirzəmilər mütəxəssislər tərəfindən dezinfeksiya edilib.
Universitetdən APA-ya verilən məlumata görə, 6 tədris korpusu, inzibati bina, universitetin idman zalı və yataqxanada dezinfeksiya işləri aparılıb. Dezinfeksiya zamanı Türkiyə və İspaniya istehsalı olan yüksək keyfiyyətli dərman preparatlarından, xloramindən istifadə olunub.
çap et