525.Az

Bir günün Ədəbiyyat söhbətləri


 

Bir günün Ədəbiyyat söhbətləri<b style="color:red"></b>

Filologiya elmləri doktoru,

professor

Həmişə inanmışam müxtəlif ədəbi-mədəni ictimai-siyasi tədbirlərdə təkrar da olsa söyləmişəm ki, təyyarələrin uçuş istiqamətlərini müəyyənləşdirmək dəqiqləşdirmək üçün dağların zirvəsi silsilə ardıcıllığı hansı əhəmiyyəti daşıyırsa, cəmiyyətin inkişafı irəliyə getməsinin təhlükəsizliyində şəxsiyyətlərin kimliyi, həyat təcrübəsi, yaradıcılığı, əsərləri həmin əhəmiyyətə malikdir. Bun günlərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında bu möhtəşəm ali təhsil ocağının rektoru, professor Nərgiz xanım Paşayevanın Nizami Gəncəvinin yaradıcılığı elmi irsi ilə bağlı söhbətlərini dinləyəndən, bu tədbirə gələn müzakirədə iştirak edən həmkarlarımın mülahizələrini öyrənəndən sonra qənaətimdə yanılmadığıma bir daha əminlik gətirdim. Bir daha inandım ki, ədəbiyyat söhbətləri yalnız şeir oxumaq, bədii ədəbiyyat yaratmaq, bu sənətə dair elmi bilikləri dərindən mənimsəməklə yetərli deyil, bununla yekunlaşmır, bu söhbətlər daha çox özünün xalqının yaşam qayğılarına diqqət yetirmək, vətəndə dünyada "kimlik" dəyərlərini tanıtmaq, özünü xalqını təhlil, tənqid təsdiq etmək bacarığıdır.

Nərgiz  xanım Paşayevanın dünyanın ən məşhur qədim ali təhsil ocaqlarından biri Oksford Universitetinə səfərindən, orada Şərqşünaslıq İnstitutunda məruzəsindən sonra baş tutan bu ədəbiyyat söhbətlərində (brifinq demək olar ) adı çəkilən universitetlə əməkdaşlığın təməlinin doyulduğu xəbəri iştirakçılarda ən xoş təəssürat yaratdı. Bir neçə gün əvvəl xəbər portalından, internet saytlarından öyrəndiyimiz bu xəbər, yəni Oksford Universitetinin Şərqşünaslıq İnstitutu ilə əməkdaşlıq protokolunun  - "Memorandum"un imzalanması sadəcə iki təhsil müəssisəsinin tərəfdaşlığı, əməkdaşlığı səciyyəsini daşımır, daha çox ölkələr xalqlararası, mədəniyyətlərarası əlaqələrin gücləndirilməsini vəzifə bilir, Azərbaycanda tarixən yürüdülən Şərq-Qərb dəyərlərinin vəhdəti siyasəti, hazırda müstəqilliyimizin verdiyi imkanlar sayəsində rəsmən dəstəklənən dünyaya inteqrasiya qloballaşan  məkanda multikulturizm  konsepsiyası həmin vəzifələrin uğurla həyata keçiriləcəyinin ən etibarlı əsasıdır.

Oktyabr ayının 28- Oksforda dəvət aldığını bildirən professor Nərgiz xanım Paşayeva həmin universitetin tarixi, mövcud durumu fəaliyyəti haqqında geniş məlumat verərək, vurğuladı ki, burada XIX əsrdən erməni dili tədris olunur.1965-ci ildən isə bakalavr magistr pilləsində erməni dili, ədəbiyyat tarixi tədris olunur. Bunu eşidəndə nədənsə XIX əsrdə ermənilərin çar Rusiyasında bir neçə qəzetinin, bizidə isə yalnız  "Əkinçi"nin olduğunu, Qori seminariyasında erməni gürcü şöbələrinin bizdən xeyli əvvəl açıldığını xatırladım.(Allah rəhmət eləsin M.F.Axundova, H.Zərdabiyə, F.Köçərliyə onların ideya qardaşlarına). Oksford Universtetinin özəl olduğunu deyən professor Nərgiz Paşayeva burada Nizami Gəncəvi adına Azərbaycan Qafqazşünaslıq Elmi Mərkəzinin təsis olunmasını fəxrlə söyləməklə yanaşı, şəxsi təəssüratlarını qarşıda duran mühüm vəzifələri iştirakçıların diqqətinə çatdırdı. Bildirdi ki, Nizami Gəncəvi adına Azərbaycan Qafqazşünaslıq Elmi Mərkəzi Oksford Universitetinin Şərqşünaslıq İnstitutu nəzdində yerləşən elmi-tədqiqat mərkəzdir. Mərkəz Azərbaycan onun yerləşdiyi Qafqaz regionunun tarixi mədəniyyətinin araşdırılması üzrə Böyük Britaniyada təsis ediləcək ilk elmi-tədqiqat ocağıdır.

Müasir Azərbaycanın coğrafı ərazisi minilliklər ərzində bir çox qədim sivilizasiya mədəniyyətlərin, o cümlədən, Hetlərin, Əhəmənlərin, Selevkilərin, Sasanilərin, habelə xristianlığın, yəhudiliyin islamın kəsişdiyi yer olmuşdur. Mərkəzin məqsədi yuxarıda qeyd olunan mədəniyyət dinlərin Azərbaycanın maraqları baxımından öyrənilməsinin təşviq edilməsidir. Bu məqsədlə Mərkəz Oksford Universiteti nəzdində müxtəlif təqaüd proqramları, ictimai tədbirlər, elmi-praktiki konfranslar, dəyirmi masalar, akademik mübadilə, tədqiqatlarm apanlması, o cümlədən, müxtəlif tədris mədəni layihələr həyata keçirməyi nəzərdə tutur.

Müntəzəm olaraq ictimai-elmi mühazirələrin panel müzakirələrin aparılması;

Azərbaycanm tarixi irsinə mədəniyyətinə aid müxtəlif mədəni ictimai tədbirlərin keçirilməsi;

Əvvəlcədən müəyyən edilmiş mövzular üzrə illik kollokvium elmi simpoziumların təşkil edilməsi. Bu tədbirlərdə Azərbaycan dünyada tanmmış alimlərin, mədəniyyət incəsənət xadimlərinin, habelə aparıcı tədqiqatçıların iştirakı nəzərdə tutulur. Nəticə etibarilə bu tədbirlər vasitəsilə Azərbaycan haqqında məlumat genişlənəcək geniş elmi ictimaiyyət medianın diqqətinə çatdırılacaqdır;

Mərkəz elmi digər nüfuzlu dairələrin iştirakı ilə özünün məqsəd vəzifələrindən irəli gələn məsələlərdə akademik boşluğu müəyyən edərək, onun tamamlanması üçün yeni elmi-nəzəri yanaşmalar irəli sürməyi, müasir Azərbaycan ərazisində, ölkənin tarix mədəni irsinin araşdırılması istiqamətində müxtəlif layihələr, o cümlədən, arxeoloji qazıntılar, elmi araşdırmalar tədqiqatlar həyata keçirməyi, həmçinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı ilə Oksford Universiteti arasında müxtəlif ixtisas sahələri üzrə tələbə akademik mübadilə proqramları həyata keçirməyi nəzərdə tutur;

Tədbirlər, təhsil səyahəti, təqaüdlər, elmi araşdırma proqramları tədqiqat qrantları:

Mərkəz özünün məqsəd vəzifələrini əsas götürərək, magistr aspirantların tədqiqat aparmasına müvafıq şərait yaratmağı tələbələrə, elmi tədqiqatçılara, jurnalistlərə, mədəniyyət incəsənət xadimlərinə digər sosial qruplara Azərbaycanla bağlı Oksford Universitetində tədqiqatların aparılması üçün birdəfəlik kiçik qrantların ayrılması nəzərdə tutur. Bundan əlavə, Azərbaycanda Böyük Britaniyada tədbirlərin keçirilməsinə orada mövcud olan akademik resurslardan istifadə üçün maraq göstərən şəxslərə şərait yaratmağı planlaşdırır. Bu qrantlar 3-6 ay müddətinə verilərək, qrant alanlar Azərbaycanda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında, Böyük Britaniyada isə Oksford Universitetində fəaliyyət göstərməsinə şərait yaratmağı nəzərdə tutur.

Mərkəzin Elmi Resurs Bazası haqqında danışarkən bildirildi ki, Mərkəzin mütəmadi həyata keçirdiyi funksiyalardan biri Azərbaycan onunla əlaqədar elmi məlumatların toplanaraq kitabxana fondu resurslarının formalaşdırılmasıdır;

Eyni zamanda, fiziki resurslardan əlavə, Mərkəz Oksford Universitetində keçiriləcək tədbirlərin, tədqiqatların Azərbaycanla bağlı digər fəaliyyət növlərinin təqvimini tərtib edəcək;

Mərkəz Böyük Britaniya Azərbaycan, habelə dünya üzrə elmi ictimaiyyəti yeni resurslar, tapıntılar yeni imkanlarla bağlı elektron poçt ünvanları vasitəsi ilə ətraflı məlumatlandıracaq. Bu vasitə ilə Mərkəz Azərbaycan ona aid olan müxtəlif elmi tədqiqat mövzuları üzərində işləyən alimlər arasında elmi bilik məlumat mübadiləsinin genişlənməsinə təkan verəcək.

Oksford Universitetinin Şərqşünaslıq İnstitutunda Elmi seminarda  məruzə edən professor Nərgiz Paşayeva Seminarın iştirakçıları haqqında məlumat verdi.

Məlum oldu ki, Professor Culiya Brey - Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb dili ədəbiyyatı professorudur. Professor Brey poeziyanın cəmiyyətin siyasi sosial sahələrinə təsirini, Yaxm Şərq ədəbiyyatında müxtəlif ədəbi mədəniyyətlərin əlaqəsini öyrənir. Hal-hazırda o, Ərəb ədəbiyyatı kitabxanası üçün al-Tanuxinin al- Faraj bad al-shidda əsərini tərcümə edir Aşmolean muzeyi ilə birlikdə 2014- ildə sərgi hazırlayır.

Doktor Dominik Bruşko - Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin Fars dili ədəbiyyat üzrə doktorudur. Farsdilli qəzəllər, ərəb fars dilində yazılan poeziya arasında əlaqə, Farsdilli ölkələrinin şairləri, Fars fılologiyası s. sahələrdə mütəxəssis olan Dr Bruşko bir çox məqalə kitabların müəllifıdir.

Professor Geert Yan van Gelder - Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin klassik Ərəb ədəbiyyatı üzrə professorudur. Professor van Gelder dünyada az tədqiq olunan poeziya janrlarına maraq göstərir.

Profesor Edmund Herzinq - Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin rəhbəridir. Professor Herziq Səfəvilər dövrü üzrə ixtisaslaşıb. Bununla bərabər o, Böyük Britaniyanın Beynəlxalq əlaqələr üzrə Kral İnstitunun üzvüdür.

Professor Robert Hoyland - Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin İslam tarixi üzrə professorudur. Onun əsas tədqiqat maraqları müsəlmanların, yəhudilərin xristianların münasibətləri, Qədim dövrdən İslam dünyasına elmin keçid mərhələsi bu keçiddə baş verən dəyişikliklərdir. Professor Hoyland 8 kitab 30-a yaxın məqalənin müəllifidir.

Professor Teo van Lint - Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin erməni dili ədəbiyyatı üzrə professorudur. Professor van Lint erməni ədəbiyyatının İranın, Hindistanın, Osmanlı imperiyasının Rusiyanın intellektual həyatında rolunu tədqiq edir

Dr Robert Tomson - Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin Erməni dili ədəbiyyatı üzrə professorudur. Professor Tomson Qafqaz regionunun qədim dilləri ədəbiyyatı üzrə tədqiqat aparır.

Dr Loran Minyon - Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin Türk dili ədəbiyyatı doktorudur. Professor Minyonun tədqiqatı Türk poeziyası Yəhüdi-Türk ədəbiyyatının yaranmasını əhatə edir.

Dr Sara Vaydler - Kembric Universitetinin Tarix fakültəsinin doktorudur Kelt mədəniyyəti üzrə mütəxəssisdir.

Dr Gilyan Evison - Bodleyn kitabxanasında Şərqşünaslıq departamentinin rəhbəridir.

Dr Françeska Leoni - Aşmolean muzeyinin İslam incəsənəti qalereyasının kuratorudur.

Dr Alastar Vatson -Bodleyn muzeyində Yaxm Şərq İslam əlyazmalarının kuratorudur bir Vasim Məmmədəliyev- BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik.

Elmi Mərkəzin strategiyası haqqında respublikamızın tanınmış alimlərinə ətraflı məlumat verən professor Nərgiz xanım Paşayeva bu təşkilata Nizami Gəncəvinin adının verilməsindən məmnunluqla danışdı. Bildirdi ki, Nizami Gəncəvi qurucu, birləşdirici simadır.  Professor təəssüflə dedi ki, buna etiraz edənlər, onu fars şairi kimi tədris edənlər olsa da bəşəri dəyərlərə arxalanan Nizami Gəncəvi poeziya aləmində bir günəş kimidir onun faydası hamı üçündür. Biz bu yönə xüsusi fikir verməli, şairin hansı müasir çağırışlara cavab verdiyinin fərqində olmalıyıq. Ermənilərin Oksfordda fəal olduğunu, hər həftə tədbir keçirtdiyini bildirən Nərgiz xanım Paşayeva nəzərə çatdırdı ki, biz gec olsa məsələnin fərqinə varmalı, itirdiyimiz vaxt dəyərlərin qiymətini müəyyənləşdirməliyik. O, söylədi ki, yalnız Nizami Gəncəvi ilə məhdudlaşmalı deyil, bütün klassik Azərbaycan ədəbiyyatının taleyi onun dünyaya tanıdılması ilə maraqlanmalıyıq. Sovet dövründə senzura səbəbindən dünyaya yetərincə tanıdılmamağımızın acılarından danışan Nərgiz xanım Paşayeva indiki müstəqilliyin tarixi məqam vaxt imkanlarından yararlanmağın əhəmiyyətindən danışaraq, həm nəzərə çatdırdı ki, biz ədəbiyyatımızı mədəniyyətimizi dünyaya tanıtmağın yeni üsul vasitələrinə xüsusi diqqət yetirməliyik, çalışmalıyıq ki, obyektiv mövqedə dayanaq. Çünki elmi əsaslandırması, təhlil, təqdim təsdiqi ilə müasir olmayan heç bir fakt, əsər sonucda qəbul olunmur, yaşamır. şükürlər olsun ki, Azərbaycanın bədii elmi-nəzəri resursları buna böyük imkanlar verir. Onun bir təəssüfü Oksfordda türkologiyanın tədris olunmadığı ilə bağlı idi. Yalnız Osmanlı dövrü ədəbiyyatı ilə məhdudlaşan tədrisin olduğunu söyləyən Nərgiz xanım orada ümumiyyətlə türkologiyanın bir elm sahəsi kimi tanınmamasını düzgün hesab etmədi. Bir günün "Ədəbiyyat söhbətləri"ndə iştirak edən alim həmkarlarımızın geniş diskussiya yaratmasında Xalq yazıçısı Elçin, akademik İsa Həbibbəyli, professor Tofiq Hacıyev başqalarının çıxışları, tövsiyə təklifləri maraq doğurdu. Görkəmli yazıçı Elçinin o fikri rəğbət doğurdu ki, biz ədəbi fakt həqiqəti özümüz deyir təsdiq edirik.  Lakin lazım olan səviyyədə təqdim edə bilmirik. Burada patriotizm yetərli deyil. Elmi arqumentlərlə işləməliyik, görülən işin dünyaya çatdırılmasında elmi obyektivlik vacibdir. Təbiidir ki, bizim işimizi təqdir etməyən var. Məsələn, üç il əvvəl Romada Nizami Gəncəviyə heykəl qoyub yazdıq ki, böyük Azərbaycan şairidir. Buna İran etiraz etdi, nota verdi.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik  İsa Həbibbəylinin  çıxışı, virtual məkan üçün ingilisdilli nəşrlərin hazırlanması, Oksfordun qrifi ilə kitabların çapı Nizami Gəncəvi haqqında  ensiklopediyanın yaradılması haqqında təklifi rəğbətlə qarşılandı.

Dəyirmi masa ətrafında maraqlı ədəbi-elmi diskussiyaya, belə deyək bir günün Ədəbiyyat söhbətlərinə yekun fikir kimi professor Nərgiz xanım Paşayeva bir daha bildirdi ki, indiki məqamda vaxtdan səmərəli istifadə etməliyik. Etməsək özümüzün özünə qarşı biganəliyi deməkdir. Biz cəmiyyətdə ədəbi dəyərlərin təəssübünü çəkməli, işimizin, peşəmizin ictimai əhəmiyyətini xalqa yenidən şərh  etməyi bacarmalıyıq. Biz bir-birimizə kömək etməliyik, mane olmalı yox. Məhəmməd Əmin Rəsulzadənin  Böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında  monoqrafiyasını örnək kimi nümayiş etdirən Nərgiz xanım bu əsərin möhtəşəmliyinə, elmi-nəzəri siqlətinə diqqət yönəltdi bildirdi ki, Oksfordda Nizami Gəncəvinin əlyazmaları saxlanılır, onun XV əsrə aid illüstrasiyalı "Xəmsə"sinin surətini mənə verdilər. Bu buna oxşar klassik ədəbiyyat nümunələrimiz bizim ümumxalq sərvətimiz olmaqla yanaşı, həm dünya tərəfindən qorunursa, demək onlar hansısa millətin deyil, bəşəriyyətin -insanlığın kitabı kimi əvəzsiz qiymətə malikdir. Odur ki, biz ədəbiyyat naminə daha çox çalışmalı, hər şeyi özümüzdən başlamalıyıq, yalnız belə olanda bizi tanıyacaq, haqqımıza ehtiram göstərəcəklər. Elə bu məqamda da qədim türk yazılı abidələrimizdəki "Özünə qayıt, özünə qayıdanda böyük olursan" məntiqinin sehri diskussiya iştirakçılarında məmnunluq hissi doğurdu.

O da rəğbət doğurdu ki, Nərgiz xanım Paşayeva ədəbi-nəzəri fikirlərini ümumiləşdirərkən ictimai faydalı işlə, yalnız lazım olanda deyil, hər gün məşğul olmağın vacibliyini ön plana çəkdi. O dedi ki, özümüzü bir-birimizi aldatmayaq. İnsan özünü aldadırsa bu onun şəxsi, cəmiyyət özünün  aldadırsa cəmiyyətin faciəsidir. Biz tarixən ictimai faydalı görmüş alimlərin ardınca getməli, onların xatirinə görməliyik. 

Elə burada bir günün ədəbiyyat söhbətlərinə nöqtə qoymaq olardı. Lakin diskussiya iştirakçılarının da diqqətini çəkən bir məqam oldu. Professor Nərgiz xanım Paşayeva dedi ki, Britaniyanın sisli-dumanlı günündə niyyət protokoluna - memoranduma qol çəkəndə günorta 13:00- əqrəb-əqrəbi vuranda qəflətən duman çəkildi, Günəş doğdu sanki Nizami Gəncəvinin xəyalı bir anlıq canlandı. Əlbəttə, indi mistika zamanı deyil, ancaq hələlik heç kim onu birmənalı inkar da etməyib. Nağılların yalan olmadığına əksəriyyət gizli-gizli inanır. Dünyanın bədii fikir nəhəngləri üçün bu cür həyat əbədidir. Çünki onlar inanır inandırır  ki, insanın varlığı ilə yoxluğu arasında məsafə yoxdur. Ədəbi aləmində sular tərsinə axır, yağışlar yerdən göyə yağır. Əlbəttə ki, Əbədi varolmanın meyarı isə həqiqətdir, yalnız həqiqət...

 





27.11.2013    çap et  çap et